İQTİSADİYYAT
Pərakəndə ticarətdə istehlakçıların xərclədiyi vəsaitin 57,1 faizi ərzaq, içkilər və tütünə sərf olunub
Bakı, 25 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 346,7 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 46,3 manat çox olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 197,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları alıb.
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 57,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.