PEŞƏ KURSLARI TƏŞKİL OLUNUR
Şəki Məşğulluq Mərkəzi şəhərdə fəaliyyət göstərən müəssisələrin sifarişləri əsasında müxtəlif peşə kurslarının təşkilinə başlamışdır. Mərkəzdə “Şəki-İpək” açıq səhmdar cəmiyyətinin sifarişi ilə “İpək saplardan suvenir xalçaların toxunması” ixtisası üzrə 2 aylıq peşə kursu təşkil olunmuşdur. Burada 15 nəfər gənc qız yeni peşənin sirlərinə yiyələnəcəkdir. Kursu bitirdikdən sonra onlar səhmdar cəmiyyətdə müvafiq işlə təmin olunacaqlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qeyri-məşğul əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması və onların məşğulluq probleminin həllinə yönələn tədbirlər ilboyu davam etdiriləcəkdir. Mərkəzin göndərişi ilə ötən il 270 nəfər, cari ilin ilk 3 ayında isə 69 nəfər işaxtaran vətəndaş müxtəlif idarə və müəssisələrdə münasib işlə təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]