PETRJELA MƏŞQÇİLİYİ DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC Rusiyanın “Sport-ekspress” qəzetinə istinadla xəbər verir ki, Sankt-Peterburqun “Zenit” və Bakının “Neftçi” futbol komandalarının keçmiş baş məşqçisi Vlastimil Petrjela Çexiyanın Liberets şəhərində keçirdiyi mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandırmışdır.
Psixiatriya xəstəxanasında müalicəsinin gələn il yanvarın 6-da başa çatacağını bildirən V.Petrjela yenidən məşqçiliyə başlamaq niyyətində olduğunu söyləmiş və vurğulamışdır: “Hesab edirəm ki, tam sağalmışam”.
Qumarda nə qədər pul uduzduğu barədə suala V.Petrjela belə cavab vermişdir: “Bu ağlasığmaz bir məbləğdir. Həmin pula kiçik fabrik tikmək olardı. Mən 500 milyard krona yaxın (təqribən 19 milyon avro) uduzmuşam. Lakin, bu, o demək deyildir ki, pullarımın hamısını itirmişəm. Axı udan günlərim də olmuşdur. Qəribə olsa da, heç kimə borcum yoxdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]