PİYADA “MERSEDES”İN QURBANI OLDU
AZƏRTAC xəbər verir ki, Bakı-Sumqayıt yolunun Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Bakı şəhər sakini Yalçın Abdullayev “Mercedes” markalı avtomaşınla Cəbrayıl rayonunun sakini İbad İbayevi vurmuşdur. Nəticədə piyada hadisə yerində keçinmişdir.
Faktla bağlı təhqiqat aparılır.