CƏMİYYƏT
Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 8-də saat 5 radələrində Nizami rayonunun R.Rüstəmov küçəsində yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov naməlum avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 11-də orada ölüb.
Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ravon” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Həsənov Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.