Polis paytaxtda qəbul imtahanları keçirilən ünvanlarda nəzarəti gücləndirib
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 21-də paytaxtda keçirilən növbəti qəbul imtahanları pandemiya şəraitinə və xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, imtahanın təşkil olunduğu ərazilərdə kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadəyə nəzarət olunur.
İmtahanın keçirildiyi ünvanlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparırlar. İctimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər görülüb, əlavə naryad qrupları xidmətə cəlb edilib.