“Politico” Avropanın ən nüfuzlu 28 liderinin reytinqində birinci yeri Trampa verib
Bakı, 9 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp “Politico” nəşrinin Avropanın ən nüfuzlu 28 liderinin illik reytinqində birinci, Rusiya Prezidenti Vladimir Putin isə beşinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, nəşrin açıqlamasına görə, reytinq, adətən, avropalılarla məhdudlaşır, lakin Putin və Trampın Avropaya təsiri də nəzərə alınıb.
2025-ci ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edən Danimarkanın Baş naziri Mette Frederiksenə reytinq siyahısında ikinci, AFR Kansleri Fridrix Mertsə isə “Almaniyanın yenidən silahlanmaya doğru dönməsinə” görə üçüncü yer verilib.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutte müvafiq olaraq yeddinci və səkkizinci yerdə qərarlaşıblar.
Siyahıda Macarıstanın Baş naziri Viktor Orban (12-ci yer), həmçinin Volodimir Zelenski (14-cü yer) və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas (16-cı yer) da var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]