Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycan sübut edir ki, o, təkcə haqlı deyil, həm də güclüdür

Politoloq: Azərbaycan sübut edir ki, o, təkcə haqlı deyil, həm də güclüdür

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiyaya məcbur etdiyi Ermənistanla yanaşı, onun havadarlarına qarşı da gərgin siyasi və diplomatik mübarizəsi davam edir. Azərbaycanın regionda müharibədən sonrakı dövr üçün müəyyənləşdirdiyi yeni geosiyasi reallığın şərtləri bölgə və qonşu ölkələrlə yanaşı, əksər aparıcı dünya dövlətləri tərəfindən də qəbul edilir və dəstəklənir. Yalnız Ermənistan regionda sülh, təhlükəsizlik və sabitlik şəraitində geniş iqtisadi inkişaf prosesini təmin edəcək yeni şərtləri qəbul etməyərək kortəbii israr göstərir. Ancaq artıq tarixi zərurətə çevrilən bu yeni reallığı və onun şərtlərini qəbul etmədən Ermənistanın uzun illər ərzində düşdüyü bataqlıqdan heç vaxt çıxa bilməyəcəyini çoxları anlayır. Hazırda regionda cərəyan edən proseslərin tərkib hissəsi kimi qalib Azərbaycanda və məğlub Ermənistanda baş verənlərin müqayisəli təhlilini aparsaq, mövcud mənzərə aşkar şəkildə gözümüzün önündə canlanacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Azərbaycan sübut edir ki, o, təkcə haqlı deyil, həm də güclüdür” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Əvvəlcə Azərbaycana qarşı apardığı təxribatçı və düşmənçilik siyasətinə görə layiqli cavabını “dəmir yumruq”la alan Ermənistanda baş verənlərə nəzər yetirək. İkinci Qarabağ müharibəsindən sonra bu ölkədə baş verən siyasi təlatümlər, xaotik proseslər və qarşıdurmalar bu gün də davam edir. Ölkədəki xaosun məntiqi və gözlənilən davamı kimi silsilə istefalar və dövlətin idarəetmə mexanizminin əksər qollarının başsız qalması növbədənkənar parlament seçkilərindən sonra hökumətin formalaşdırılması prosesini də dalana dirəyib. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkə daxilində Qarabağ klanının üzvləri ilə gərgin mübarizə aparmağa və hakimiyyətini qorumaq üçün istənilən yola baş vurmağa davam edir. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları və düşmənçilik siyasəti ilə özünü regiondakı bütün inkişaf proseslərindən kənarda qoyan Ermənistan dövləti bunun çıxış yolunu hələ də başqa dövlətlərdə axtarır. Yürütdüyü yanlış və təhlükəli siyasətlə özünü xarici ianələrdən və yardımlardan tam şəkildə asılı vəziyyətə salan Ermənistan girdiyi sonu görünməyən bu tuneldən çıxış yolunun yalnız geri qayıtmaqda və bizə qarşı düşmənçilik səhifəsini bağlamaqda olduğunu qəbul etmək istəmir. Bəzən isə ona bunu etməyə icazə vermirlər. Ancaq hər bir halda, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi açıq mətnli mesajlardan Ermənistan çox yaxşı anlayır ki, bu, 44 günlük Vətən müharibəsindən sonra “dəmir yumruğ”un onlara verdiyi son və həlledici şansdır.

Həm siyasi, həm də həqiqi mənada qaynar qazanı xatırladan Ermənistandan fərqli olaraq, qalib Azərbaycanda işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, quruculuq və inkişaf prosesi davam etməkdədir. Uzun illərdən sonra həm daxili, həm də beynəlxalq hüququn tələblərinə uyğun və ən əsası, mənəvi haqqı kimi ərazilərini düşmən tapdağından azad etmək məqsədilə əks hücuma keçərək ildırımsürətli müharibə aparan dövlətimiz artıq tam yeni mərhələyə qədəm qoyub. Dövlətimiz düşmənə və onun dəstəkçilərinə qarşı siyasi, diplomatik və informasiya sahələrində mübarizəsini tam gücü ilə aparmaqla yanaşı, bərpa və quruculuq işlərini də sürətlə aparır.

Müstəqil siyasət yürüdən Azərbaycan dövlətinə rəhbərlik edən Prezident İlham Əliyev bütün çıxışlarında xalqımızın, dövlətimizin və dövlətçiliyimizin maraqları və mənafeləri ilə bağlı olan məsələlərdə heç kimə güzəştə getməyəcəyimizi açıq şəkildə bəyan edir. Vətən müharibəsindəki Zəfərimizdən sonra Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə qazilərimizlə görüşən Prezident İlham Əliyev daim qazilərimizin və şəhid ailələrinin yanında olacağını vurğuladı. Bu günlərdə Xocasən qəsəbəsində qazilərimizə və şəhid ailələrinin üzvlərinə mənzil və avtomobillərin təqdim olunması mərasimində iştirak edən dövlətimizin başçısı mühüm mesajlar verdi. Qərbi Zəngəzurun, Göyçənin və İrəvanın da tarixi Azərbaycan torpaqları olduğunu xatırladan Müzəffər Ali Baş Komandan əsassız olaraq Ermənistanda yeni ajiotaj və çaxnaşma yaradan yeni hədəflərimizi bəlli etdi. Həmişəki kimi, bu fikirləri də yanlış qəbul edən rəsmi İrəvan sadə bir həqiqəti anlamalıdır ki, onun qalib və güclü Azərbaycanın sülh təşəbbüslərinə qeyri-adekvat münasibəti bizim tarixi ərazilərimizdə yaradılan Ermənistanı elə tarixə də qovuşduracaq.

Prezident İlham Əliyevin məlum mesajından sonra, sözün əsl mənasında, müvazinətini itirən Ermənistan yenidən havadarlarına yalvarmağa başladı. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin regiona səfərini fürsət bilən ermənilər bundan öz məqsədləri üçün yararlanmağa çalışdılar. Ermənilər “ağa”larından biri hesab etdikləri Şarl Mişeldən Azərbaycana qarşı siyasi bəyanatlar səsləndirməsini, “Dağlıq Qarabağ” ifadəsini və status məsələlərini dilə gətirməsini istəsələr də, buna nail ola bilmədilər. Ermənilərin nail olduqları isə həmişəki kimi, yenə də ianə payı oldu. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Şarl Mişel nəinki həmin ifadələri işlətmədi, əksinə, Ermənistandan fərqli olaraq, Azərbaycanla bərabər tərəfdaş kimi münasibətdə olduqlarını açıq şəkildə bəyan etdi. İrəvanda sanki öz ofisində tapşırıqlarını verən Aİ Şurasının Prezidenti Azərbaycanda digər xarici qonaqlar kimi inkişafımızın göstəriciləri ilə tanış olmaq üçün bir sıra önəmli məkanlara baş çəkdi və hətta Şamaxı rayonuna səfər etdi. Şarl Mişelin səfəri Avropa İttifaqının Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallığı qəbul etdiyini və dəstəklədiyini ortaya qoydu.

Bundan sonra Prezident İlham Əliyevin Ermənistan tərəfinin özünün digər “ağa”sı hesab etdiyi və faktiki forpostu olduğu Rusiyaya işgüzar səfəri və orada aparılan müzakirələrin məzmunu rəzil qonşularımızın şimala istiqamətlənmiş ümidlərini də puç etdi. 10 noyabr tarixli Bəyanatın əsas təşəbbüskarı, vasitəçisi və iştirakçısı olmaqla “yaralı ilanın qartalın caynağından xilas edilməsi”nə bənzər şəkildə Ermənistanı Azərbaycan Ordusundan xilas edən Rusiya da mövqeyini bir daha bəyan etdi. Bu xilasetmə aksiyasını hələ də sülhməramlı missiyası şəklində həyata keçirən Rusiya dövlətinin onlara qarşı bu xoş məramından sui-istifadə edən Ermənistan sərhəddəki son təxribatları ilə şimal qonşumuzu da kifayət qədər qəzəbləndirib.

Azərbaycanda hadisələr öz axarı ilə davam edir. Dövlətimiz heç bir fərq və məhdudiyyət qoymadan inkişaf prosesini davam etdirməkdə, yeni layihələrin təməlini qoymaqda və bəzilərini istifadəyə verməkdədir. Xarici siyasətimiz və diplomatiyamızla yanaşı, bu proseslərə də uğurla rəhbərlik edən qalib Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev müstəqil və milli maraqlara xidmət edən siyasət yürütməklə bağlı prinsipial mövqeyindən və qətiyyətli iradəsindən çəkilməyəcəyini keçmiş işğalçı Ermənistana və bütün dünyaya bir daha bəyan edir.

Dövlətimizin başçısı Ermənistan kimi dövlətlərdə heç vaxt olmayan və hər bir dövlətin siyasi müstəqilliyinin təməl prinsipini təşkil edən iqtisadi müstəqilliyimizin təminatı kimi regionlara intensiv səfərləri çərçivəsində yeni obyektlərin təməlini qoyur və açılışlarını edir. Növbəti səfərini ölkəmizin qərb regionunda yerləşən Daşkəsən, Naftalan və Goranboya edən dövlət başçısı orada da bir sıra əhəmiyyətli obyektlərin açılışını etdi. Ənənəsinə sadiq qalan ölkə rəhbəri son səfəri zamanı da Azərbaycan Televiziyası vasitəsilə dövlətimizin baş verən proseslərlə bağlı rəsmi mövqeyini bəyan etdi. Region dövlətləri ilə yanaşı, qonşu ölkələrimizin və dünyanın mütləq əksəriyyətinin dəstək verdiyi Zəngəzur dəhlizinin mütləq reallaşacağına dair ilk gündən sərgilədiyi münasibəti bir daha təkrarladı.

Ümumilikdə həm bölgədə, həm də dünyada regionumuzla bağlı baş verən proseslər bir daha onu göstərir ki, dünyada ikili standartlar və ədalətsiz yanaşmalar həmişə olub və bundan sonra da olacaq. Dünya isə haqlıya deyil, güclüyə hörmət edir və onun yanında olur. Azərbaycan da bu gün bir daha sübut edir ki, o, təkcə haqlı deyil, həm də güclüdür. Əgər dünya haqlıya deyil, güclüyə hörmətlə yanaşırsa, biz haqqımızı gücümüzlə də tələb etmək iqtidarındayıq. Hazırda müstəqil və uğurlu daxili və xarici siyasət kursu yürüdən, uğurlu və məntiqli diplomatiyası ilə düşmənin İkinci Qarabağ müharibəsindəki kimi siyasi və diplomatik səhnədə yenidən tək saxlanılmasına məcbur edən dövlətimizin rəhbəri dünyaya yeni nümunə göstərir. Prezident İlham Əliyev ortaya qoyduğu sülh təşəbbüslərinə etinasız yanaşılmasına məntiqi cavab olaraq Zəngəzurun, Göyçənin və İrəvanın tarixi Azərbaycan əraziləri olduğuna dair prinsipial və qətiyyətli mövqeyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanımız regionun siyasi və iqtisadi xəritəsini tarixi ədaləti bərpa etməklə yenidən tərtib edən lider və şəxsiyyət kimi dünya tarixinə düşməkdədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media və Yayım Şurası açıqlama yayıb

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək VİDEO

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO