Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycanın regionla bağlı mövqeyi haqlı və ədalətli, baxışı isə olduqca aydındır

Politoloq: Azərbaycanın regionla bağlı mövqeyi haqlı və ədalətli, baxışı isə olduqca aydındır

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı olduqca geniş xarakterli nitqlə çıxış etdi. Dövlətimizin başçısının çıxışı zamanı bu günə qədər Azərbaycanın daxili və xarici siyasətində qət etdiyi yol, xüsusilə postmünaqişə dövründə əldə olunan uğurlar, hazırda dünyada hökm sürən reallıqların gətirmiş olduğu çağırışlar və bu siyasi-iqtisadi çağırışlarda Azərbaycanın tutduğu mövqe, verəcəyi cavabla bağlı olduqca aydın təsəvvür yaratdı. Dövlətimizin başçısı xarici siyasətimizin prioritet istiqamətlərini həm regional, həm də beynəlxalq münasibətlər kontekstindən kompleks şəklində işıqlandırdı. Bir sözlə, Prezident İlham Əliyevin həm giriş, həm də yekun nitqindən irəli gələn məsələlər dövlətimiz və xalqımız üçün yol xəritəsi hesab olunmalıdırsa, digər tərəfdən də Azərbaycanın cari mövqeyini beynəlxalq aləmə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, beynəlxalq münasibətlər sisteminin, dünyanın siyasi və iqtisadi mənzərəsinin olduqca gərgin olduğu bir zaman kəsiyində mövcud siyasi və iqtisadi təlatümlər qarşısında hətta bir çox nüfuzlu, oturuşmuş dövlətlərin çaşqınlıq və çətinlik yaşamasına baxmayaraq, dövlətimizin başçısının uzaqgörən rəhbərliyi ilə Azərbaycan bütün sahələr üzrə uğurla inkişaf edib, yaranmış və yarana biləcək çətinliklərin qarşısını proaktiv davranaraq zamanında almağı bacarıb. Bir il ərzində daxili siyasətimizin əsas istiqaməti Qarabağın yenidən dirçəldilməsi, Böyük Qayıdışın mümkün qədər tezləşdirilməsi istiqamətində intensiv işlərin aparılması idisə, xarici siyasətimizin prioritet məsələsi qazanılan böyük Zəfərin leqallaşdırılması, individual olaraq dövlətlərə, beynəlxalq aktorlara, güc mərkəzlərinə, beynəlxalq təşkilatlara yaratdığımız reallığı qəbul etdirmək idi. Bu gün Qarabağda bərpa-quruculuq işlərinə dövlətimizin başçısının özünün şəxsən nəzarət etməsi ilə görülən işlər, Zəfərimizə münasibət, dünyanın ən böyük siyasi təsisatı olan BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbirin keçirilməsi, Ermənistanla Azərbaycan arasında vasitəli deyil, artıq vasitəsiz, yəni, birbaşa təmasların başlanması, Qoşulmama Hərəkatı ilə son illərdə daha fəal əməkdaşlığımız, Azərbaycanın səyləri ilə və Prezident İlham Əliyevin şəxsən irəli sürdüyü təşəbbüslər nəticəsində təşkilatın beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına verdiyimiz töhfə Azərbaycanın nəinki regionun, qlobal siyasi aləmin nüfuzlu aktoru olmasından, onun rəhbərinə göstərilən yüksək etimad və rəğbətdən xəbər verir. Məhz bu konkret addımların nəticəsi olaraq təşkilat çərçivəsində dövlətimizin sədrliyi daha bir il uzadıldı. Dövlətimizin başçısı hər şeydən əvvəl dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin son zamanlardakı davranışlarına diqqət yönəldərək, onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. Şuşada təşkil edilən birgə tədbirin ermənilər arasında reaksiyasını “isterika” adlandıran Prezident İlham Əliyev qeyd etdi ki, BMT-Azərbaycan münasibətləri uğurla inkişaf edir.

Politoloq diqqətə çatdırıb ki, bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı ilə işğal dövründən başlayan və bu günə qədər də qarşılıqlı olaraq hər zaman müsbət istiqamətdə qurulan münasibətlər davam etdirilir, ATƏT-in yeni reallıqları qəbul etməsi fonunda bu qurumla da münasibətlərimizi müsbət xarakterizə edirik. Yaradılmasının kökündə Qarabağ münaqişəsini həll etmək dayanan ATƏT-in Minsk qrupu isə 28 il ərzində heç bir real işlə məşğul olmadı. Azərbaycan bu münaqişəni özü beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək həll etdiyi üçün artıq ATƏT-in Minsk qrupunun hər hansı bir missiyası yoxdur. Ona görə bu siyasi təsisat əhəmiyyətini itirmiş hesab olunur. Bu baxımdan da dövlətimizin başçısı ATƏT-in Minsk qrupunu faktiki və tam haqlı olaraq de-fakto etibarsız, qeyri-funksional adlandırdı. Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaqdan ötrü 5 prinsipdən ibarət təkliflə çıxış edib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına və bundan irəli gələn müxtəlif istiqamətlər üzrə məsələlərə istənilən beynəlxalq qurum töhfə verə bilər. Çünki Azərbaycanın mövqeyi haqlı, baxışı isə olduqca aydındır.

Strateji uğurlarla başlayan postmünaqişə dövrü eyni xətlə davam edir. Belə ki, postmünaqişə reallıqlarını qəbul edən bir digər qurum və son zamanlar vasitəçi qismində fəallaşan Avropa İttifaqı ilə münasibətlərimiz daha da intensivləşib. Sözügedən qurumla yekun kommunikedə nə “Dağlıq Qarabağ” adı, nə də “münaqişə” sözləri mövcud deyil. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan da dərk edir ki, heç bir beynəlxalq qurum onlara bu məsələ barəsində kömək etmək iqtidarında deyil, çünki hadisələrin axarını geriyə aparmağın mümkünsüz olduğu kimi, Azərbaycanın yaratdığı reallıqdan kənar bir reallığın mövcud olmadığı da bütün bucaqlardan və tərəflərdən baxıldıqda görünən yeganə mənzərədir. Ermənistanın baş naziri Nikol Paşinyan son olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtinasını etiraf etdi. İndi əsas məsələ Birgə Sərhəd Komissiyasının yaradılmasıdır ki, bu da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilk dəfə baş tutan vasitəsiz, yəni, birbaşa telefon təması zamanı müzakirə edildi. Sərhədlə yanaşı, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupunun yaradılması da mühüm əhəmiyyət kəsb edən zəruri məsələdir.

Ş.Həsənova diqqətə çatdırıb ki, dünya düzənində baş verən hadisələr daha əvvəllər birbaşa deyil, dolayı vasitələr və alətlər, davranış modelləri ilə müşahidə olunurdusa, indi artıq baş verən hadisələr və onların formalaşdırdığı mövcud düzən birbaşa müşahidə olunur. Baş verən hadisələr dünyanın lokal və qlobal proseslərini təfərrüatlı şəkildə izah etməyə imkanlar yaradırsa, konkret dövlətin və onun liderindən də buna uyğun reaksiyalar tələb edir ki, milli maraqları qorusunlar. Prezident İlham Əliyev də Azərbaycanın milli maraqlarını əsas tutaraq olduqca düzgün xarici siyasət kursu həyata keçirir. Azərbaycan tərəfi bütün bu məsələlərin həll olunması istiqamətində zaman itirmədən başlamaq qətiyyətində və əzmindədir. Bütün əldə edilən uğurların bünövrəsində Prezident İlham Əliyevin şəxsi iradəsi, çevik diplomatiyası və həmin diplomatiyanın mərkəzində milli maraqlarımızın təmin olunması dayanır. Heç şübhəsiz, Azərbaycan xalqına Zəfər bəxş etmiş, bu qədər mürəkkəb siyasi düzəndə və iqtisadi çətinliklərin mövcudluğu fonunda ölkəmizi hər cür kataklizmlərdən, təlatümlərdən qorumağı bacaran bir Liderə xalqın güvəni, etimadı və dəstəyi də mütləqdir, sonsuzdur.

Bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurda gedən sürətli quruculuq işləri, digər tərəfdən isə ikitərəfli formatda individual olaraq böyük dövlətlərlə aparılan əlaqələr, beynəlxalq təşkilatlarla uğurla davam etdirilən intensiv münasibətlərin nəticəsi özünün məntiqi yekununu vermiş oldu. Dünyanın müxtəlif güc mərkəzləri ilə aparılan qarşılıqlı faydalı əməkdaşlıq prinsipi qarşılıqlı maraq doğuran məsələlərdə qonşu dövlətlərlə də eyni xətt üzrə aparılıb. Region ölkələrini əhatə edən 3+3 əməkdaşlıq platforması üzrə yaxın zamanda ikinci görüş keçirilməlidir. Azərbaycan tərəfi hesab edir ki, bu görüşlər görüş xətrinə olmalı deyil, konkret nəticələr əldə etmək üçün ümumi səylər ortaya qoyulmalıdır. Azərbaycanın bölgənin inkişafı ilə bağlı aydın baxışı, qəti konstruktiv yanaşması mövcuddur. Bu gün bir reallıq var ki, Ermənistan zəif, Azərbaycan isə güclüdür. Digər tarixi reallığı da biz heç zaman unutmalı deyilik ki, Ermənistan dövləti illər, əsrlər boyu bizə qarşı ərazi iddiası ilə çıxış edib, xalqımıza qarşı soyqırımı həyata keçirib. Məhz bu aydın reallıq bizi hər zaman daha da güclü olmağa vadar etməlidir. Məhz bu reallığı nəzərə alaraq müharibədən dərhal sonra bütün başqa bərpa işləri ilə paralel olaraq, Azərbaycan hərbi sahəyə də böyük diqqət ayırır və bu istiqamətdə həm Türkiyə, həm də İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalanıb.

“Bu gün Ermənistanın inkişafı üçün bir yol var. Bu yol da Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan keçir. Bu uzaqgörən siyasətin müəllifi isə dövlətimizin başçısı İlham Əliyevdir. Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi reallaşdırılması ilə Ermənistan regional layihələrdən təcrid edildi.

Digər bir reallıq da ondan ibarətdir ki, Ermənistan kimi kasıb, iqtisadiyyatı tamamilə xaricdən asılı olan bir ölkə illə ərzində silahlandırmamalı idi. Havayı silahlandırılma hallarına artıq son qoyulmalıdır. Belə bir hal təkrar yaşanarsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək və öz addımlarını da buna uyğun atacaq. Azərbaycan torpaqlarının işğalı illəri ərzində, ondan sonra postmünaqişə dövründə də heç bir tərəfdən yardım almadan bütün məsələləri özü həll edir. Ordu quruculuğu işində Azərbaycan daha da güclənir. Bu baxımdan da Prezident İlham Əliyevin Hadrutda yaradılan Komando birliklərinin və xüsusi təyinatlıların formalaşdırılması məsələsinin üzərində xüsusilə dayandı. Dövlətimizin başçısının fikirləri bir istiqaməti artıq tam müəyyənləşdirdi ki, Azərbaycan ordu modeli Türkiyə ordusu modelində qurulmaqda davam edir.

Azərbaycan dövləti Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracaq. Bu gün mina təmizlənməsi ilə bağlı mütəxəssis çatışmazlığı yaşanır ki, dövlət başçımız da çıxışı zamanı QHT-ləri və fondları bu işlərdə Azərbaycana dəstək olmağa çağırdı. Vaxtilə Azərbaycanın hərb sənayesini gücləndirməsi istiqamətində atdığı addımlara qarşı çıxan, Türkiyənin gündən-günə inkişaf edən hərb sənayesini hədəfə alan bəzi dairələr indi tamamilə fərqli mövqedən çıxış edirlər. Bu və ya digər aydın görünən səbəblər baxımından da insan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutan beynəlxalq təşkilatlar Azərbaycana da diqqət yetirməli və ikili standartlardan kənar olmalıdırlar”, - deyə politoloq əlavə edib.

Həmçinin bildirilib ki, bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı diqqəti çəkən bir məqam regional kommunikasiyaların açılmasının vacibliyi ilə bağlı idi ki, dövlətimizin başçısı Ermənistana olduqca ciddi mesaj verdi ki, üçtərəfli Bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir.

Prezident İlham Əliyevin şəxsi nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda görülən genişmiqyaslı abadlıq-quruculuq işləri mərkəzləşdirilmiş qaydada həyata keçirilir ki, məhz bu məsələyə ayrılan bu qədər yüksək diqqət, həssaslıq Azərbaycanın dövlət başçısının şəxsində xalqımızın Vətən, torpaq sevgisindən, yurd naminə əzmindən, güzəştə getməyəcəyindən xəbər verir. Düşünürəm ki, əzəli yurd naminə olan məhz bu prinsipiallıq beynəlxalq aləmə ötürülən ən düzgün siyasi xətt və mesajdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik