Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Prezident İlham Əliyevin İslam dünyasına haqlı müraciətləri öz töhfəsini verməkdədir

Politoloq: Prezident İlham Əliyevin İslam dünyasına haqlı müraciətləri öz töhfəsini verməkdədir

Bakı, 30 mart, AZƏRTAC

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın döyüş meydanında darmadağın etdiyi Ermənistana, həmçinin dünya erməniliyinə qarşı siyasi və diplomatik mübarizəsi davam edir. Əslində, bu proses elə 44 günlük müharibə zamanı qarşı tərəfin sülhə məcbur edilməsinin məntiqi davamıdır. Çünki ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması prosesini həyata keçirən dövlətimiz apardığı ədalətli mübarizəsinin və onun nəticələrinin rəsmiləşdirilməsində haqlı olduğu kimi, həm də israrlı və qətiyyətlidir. Bu istiqamətdə ölkəmizin növbəti uğuru beynəlxalq aləmdə çox nüfuzlu təşkilatlardan biri olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) martın 22-23-də ölkəmizin ən yaxın müttəfiqlərindən olan Pakistanın İslamabad şəhərində keçirilən 48-ci sessiyası müstəvisində əldə edildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.

O qeyd edib ki, “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən bu sessiyada Azərbaycan yüksək səviyyədə təmsil olundu. Azərbaycanın möhtəşəm qələbəsi və Ermənistanın biabırçı məğlubiyyətini əks etdirən kapitulyasiyası ilə bitən İkinci Qarabağ müharibəsindən bir neçə gün sonra azad etdiyimiz ərazilərə müntəzəm şəkildə səfərlər edən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əsas məqsədlərindən biri də tarixi torpaqlarımızda törədilən erməni vəhşiliyinin və vandalizminin bariz nümunələrini dünyaya göstərmək idi. Bununla paralel olaraq, beynəlxalq ictimaiyyətin tanınmış nümayəndələrinin, diplomatların, jurnalistlərin və digər nüfuzlu şəxslərin Azərbaycana dəvət olunaraq həmin ərazilərdəki mövcud vəziyyətlə tanış edilməsi də bu məqsədi daşıyırdı. Azərbaycan dövləti son 30 il ərzində regionda baş verən reallıqları yaxından izləmək və gözləri ilə görmək üçün bütün qapılarını dünyaya açıb. İkili standartların və ədalətsizliyin hökm sürdüyü dünyamızda bu cür tarixi reallıqlara və həqiqətlərə göz yumanlarla yanaşı, onları görənlər, haqq səsimizə səs verənlər də az deyil. Belə ədalətli və haqlı yanaşma tərzini sərgiləyənlərdən biri də uğurla təmsil olunduğumuz nüfuzlu beynəlxalq platformalardan biri olan İslam Əməkdaşlıq Təşkilatıdır. Təbii ki, bu təşkilatın hazırkı ədalətli münasibətinin sərgiləməsinə səbəb olan ən vacib amillərdən biri də Prezident İlham Əliyevin müxtəlif zamanlarda, fərqli kürsülərdən, o cümlədən işğaldan azad etdiyimiz ərazilərdə erməni vəhşiliyinə, vandalizminə və ağır təhqirlərinə məruz qalmış və təkcə bizə deyil, bütün İslam dünyasına aid dini abidələrin önündə səsləndirdiyi tarixi kəlamların olduğu şübhəsizdir. Prezident İlham Əliyev üzünü dəfələrlə İslam dünyasına və müsəlman dövlətlərinin başçılarına tutaraq onlara Ermənistanla və onun rəsmiləri ilə münasibətlər qurarkən işğalçıların törətdikləri vəhşilikləri və vandalizmi unutmamağı tövsiyə edib.

“Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbəsini beynəlxalq hüquq və məhkəmə müstəvisinə uğurla daşımaqda olduğu bir dönəmdə İƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 48-ci sessiyasında otuz il ərzində ərazilərimizin 20 faizini işğal altında saxlayan Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən 4 qətnamənin qəbul olunması müharibədən sonra qazanılan növbəti uğurlardan biridir. Dörd qitəni və 57 dövləti əhatə edən İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul olunan və 30 ilə yaxın dönəmdə Azərbaycanın məruz qaldığı təcavüzü, işğalı, terroru və müxtəlif cinayətləri özündə əks etdirən bu qətnamələrdə əvvəlki illərdə qəbul edilən müddəalara bir sıra əlavələr də olunub. Azərbaycanın haqq mübarizəsi və ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən ədalətli müharibəsi bir daha alqışlanıb və ona açıq dəstək göstərilib. Tədbir iştirakçıları erməni faşizminin etdiklərinin dünya və insanlıq üçün qəbuledilməz bir addım və heç bir halda presedentə çevrilməməli olduğunu bəyan ediblər. Azərbaycan üçün hazırkı məqamda ən vacib və önəmli amillərdən biri olan beynəlxalq hüquq müstəvisində və ayrı-ayrı məhkəmələrdə Ermənistana qarşı genişmiqyaslı təzminat iddialarının qaldırılması ilə bağlı da yekdil fikir ortaya qoyulub. Ermənistanın sülhə məcburetmə prosesinin həlledici mərhələsində, qarşı tərəfin uzun illər ərzində dövlətimizə və xalqımıza vurduğu maddi və mənəvi ziyanla bağlı beynəlxalq hüquqi proseduralara başladığımız bir məqamda bu cür mötəbər sənədlərin qəbul edilməsinə nail olmaq çox vacibdir. Bu proseslər bir daha sübut edir ki, dövlətimiz düzgün yoldadır və yürüdülən siyasət tam olaraq xalqımızın, dövlətimizin və dövlətçiliyimizin maraqlarına xidmət edir”, - deyə politoloq diqqətə çatdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək