Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Regional və beynəlxalq aktorların mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür

Politoloq: Regional və beynəlxalq aktorların mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür

Bakı, 21 iyul, AZƏRTAC

Vətən müharibəsindən sonra - noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra 2021-ci il yanvarın 11-də imzalanan, özündə iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan Moskva Bəyanatı kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri də regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə, nəqliyyat və kommunikasiya xətlərinin açılması işinin sürətləndirilməsinə daha güclü təkan verəcək.

Bu fikri politoloq Şəbnəm Həsənova AZƏRTAC-a açıqlamasında deyib.

Politoloq vurğulayıb ki, qarşılıqlı fəaliyyətin, regional problemlərin önəmli istiqamətlərinin müzakirə edildiyi bu görüş olduqca mühüm əhəmiyyət daşıyır. Müsbət notlarla başlayan görüşdə regionda vəziyyətin nizamlanmasını ən mühüm məsələlərdən biri kimi dəyərləndirən Vladimir Putinin sözügedən məsələyə çox böyük diqqət və əhəmiyyət verərək kompromisli qərarların tapılması istiqamətində dövlətimizin başçısının səylərini yüksək qiymətləndirib. Putinin dövlətimizin başçısına təşəkkür etməsi onu göstərir ki, həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür. Bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir. Bununla yanaşı, mövcud məsələlərlə elə Bakıda məşğul olmaq üçün Rusiyanın yaxın zamanda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırması aydın şəkildə göstərir ki, Rusiya, sadəcə, sənaye sahəsində deyil, eyni zamanda, nəqliyyat və infrastruktur məsələləri ilə bağlı da konkret addımlar atmaqda maraqlıdır. Nəzərə alsaq ki, regionda münaqişədən sonrakı vəziyyətlə bağlı iki ölkənin rəhbərləri daim əlaqə saxlayır, o zaman aydın olur ki, Rusiya və Azərbaycan prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar, sadəcə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verməyəcək, eyni zamanda, regional kontekstdə hələ də həllini tapmayan məsələlərin çözümünə gətirəcək. Bu baxımdan hərbi əməliyyatların başa çatmasından sonrakı zaman çərçivəsində istər Moskvadakı daha əvvəlki görüşü, istərsə də iki ölkə liderinin telefon söhbətləri vəziyyətin sabitləşdirilməsi məsələsində mühüm əhəmiyyətə malikdir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır ki, burada mühüm əhəmiyyət kəsb edən amil prezidentlər arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasıdır.

Ş.Həsənova bildirib ki, bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər bütün sahələrdə sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizindən birgə istifadə edir. Geniş həcmdə işləyən bu dəhliz vasitəsilə keçən illə müqayisədə bu il təqribən 20 faiz çox yük daşınıb. Eyni zamanda, Rusiya Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulub ki, bu da Rusiyanın Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır. Beləliklə, Azərbaycan yerləşdiyi coğrafi məkandan səmərəli istifadə edərək beynəlxalq layihələri reallaşdırır, bu proseslərdə təşəbbüs göstərir, işlərə dəstək verir.

“Regionda ümumi maraq kəsb edən məsələlərdə Prezident İlham Əliyev müharibədən sonra da qəti mövqe ortaya qoyaraq “indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır, biz buna hazırıq” bəyanatı ilə çıxış etməsi bir daha göstərir ki, bu, Ermənistan üçün yeganə xilas yoludur. Məsələnin məhz bu, yəni, Azərbaycanın təklif etdiyi istiqamətdə həlli istər regional aktorlar, istərsə də beynəlxalq təşkilatlar tərəfindən də başa düşülür. Kommunikasiya xətlərinin açılmasını ləngitmək Ermənistanı geri salır. Bu dövlət dərk etməlidir ki, ondan fərqli olaraq bu işdə maraqlı olan bütün aktorlar gələcəyə baxırlar. Sadəcə, şimal qonşumuzun deyil, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bakı səfərində də “münaqişə” deyil, “mübahisə” ifadəsini işlətməsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlanmalı olduğunu rəsmən açıqlaması bunu aydın şəkildə üzə çıxardı. Çünki istər müharibədə hərbi cəhətdən məhv edilən, istərsə də yürütdüyü işğalçılıq siyasətinə görə iqtisadi blokadaya salınan Ermənistan qarşısında alternativin qalmadığını dərk edib, bərpa və əməkdaşlıq prosesinə qoşulmalıdır. Nəqliyyat və kommunikasiya xətlərinin açılmasında regional və beynəlxalq aktorlar maraqlıdır və bu qarşısıalınmaz prosesdir”, - deyə politoloq Ş.Həsənova qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO