Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Xalçanın altına süpürmək dövrü bitib

Politoloq: Xalçanın altına süpürmək dövrü bitib

Bakı, 16 yanvar, AZƏRTAC

Artıq heç kim üçün sirr deyil ki, bütün idarəetmə və ya siyasi tənliklərin əsas dəyişəni informasiyadır. Buna baxmayaraq, müasir siyasi proseslərin gedişatı ondan xəbər verir ki, effektivlik üçün sadəcə müvafiq informasiyaya sahiblənmək, yumşaq desək, heç də kifayət etmir. Qlobal internet məkanında məqsədyönlü şəkildə baş verən “informasiya tullantılarının” artması səbəbindən “lüt” informasiyanın siyasi dəyəri kəskin şəkildə düşüb. Müasir dövrdə nəzarətsiz şəkildə dolaşan informasiyanın böyük əksəriyyəti saxta pul əsginası kimi nəinki lazımsızdır, hətta potensial təhlükə mənbəyidir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.

O qeyd edib ki, bəzi obyektiv reallıqları görmək üçün informasiya kontekstində təkamülün üç şərti inkişaf mərhələsini müəyyənləşdirə bilərik: 1) “informasiya əsri” şüarının kütləvi şəkildə cəmiyyətin ictimai şüuruna yeridilməsi; 2) məsələ ilə bağlı ilk şablon məzmunlu və əsasən xaricdən idxal olunan peşə səriştələrinin formalaşdırılması, habelə bütün idarəetmə sistemlərinin kortəbii şəkildə informasiya “ovuna” çıxması; 3) informasiyanın nəzarətdən çıxması və əksər ölkələrin milli kadr ehtiyatının peşəkarlıq səviyyəsinin mövcud sahədə tendensiyaları diktə edən nadir dövlətlərin səviyyəsindən kəskin şəkildə geriləməsi. Yeri gəlmişkən onu da əlavə edək ki, böyük ehtimal ilə yaşadığımız dövr məhz qeyd olunan 3-cü şərti inkişaf mərhələsinə aiddir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sistem xarakterli islahatların məhz bu dövrdə artması da əsla təsadüfi deyil.

“Bəli, zamanında çox sevilən və yayılmış “informasiyanı idarə edən əsl hakimiyyətə malikdir” kimi ifadə demək olar ki, öz ilkin aktuallığını itirib. Qaçılmaz qlobal tendensiyaların təsiri altında informasiya nəinki nəzarətdən çıxıb, o, artıq özü insanı idarə edir. Bu cür mülahizə əsla hansısa fəlsəfi yanaşmanın təzahürü deyil. Qeyd olunanlar reallıqdır və gənc müstəqilliklər bunu mütləq nəzərə almalıdır. Qlobal məkanda hətta bilavasitə bir-birinə aid olmayan məlumatların təsadüfi toqquşmasının nəticəsində belə tamamilə yeni informasiya və yeni sosial-siyasi reallıq yarana bilir.

Yuxarıda qeyd etdiyimiz şərti birinci mərhələdə biz əsasən texnoloji, o cümlədən rəqəmsal texnologiyaların inkişafına, habelə onların bizim şəxsi və işgüzar həyatımızda payının artmasına şahidlik etmişdik. Etiraf olunmalıdır ki, bu inkişaf əsasən idxal xarakterli olmuşdur. Məhz bu mərhələdə məhdud sayda dövlətlər tərəfindən mövcud sahədə “dəb” və tendensiyalar yaradılırdı, dünya ölkələrinin böyük əksəriyyəti isə sadəcə, onların arxasınca addımlayırdı. Obrazlı ifadə etsək, bu mərhələdə dünya ölkələrinin mütləq əksəriyyəti telefon və kompüterlərin düymələrini sıxmağı öyrənən zaman nadir dövlətlər həmin avadanlıqlar vasitəsilə konkret ölkələrdə yeni siyasi və sosial-mədəni oriyentirlərin formalaşdırılması ilə məşğul olub. Düşünmək üçün onu da qeyd edək ki, “nəhəng” sovetlərin parçalanması və beynəlxalq münasibətlər sistemində rəngli inqilablar ilə bağlı ilk təcrübənin fomalaşması məhz həmin şərti dövrə təsadüf edir.

Şərti ikinci mərhələdə isə dünyada cərəyan edən prosesləri izləyən müstəqil dövlətlər müasir tendensiyalardan geri qalmamaq adı altında informasiya və informasiya texnologiyalarının “ovuna” çıxdılar. Müxtəlif dövlət proqramlarının qəbul olunması və idarəetmə sistemində fərqli texnoloji yeniliklərin tətbiqi kimi hallar da bu mərhələdə yayılmağa başladı. Prinsipial olaraq qeyd etməliyik ki, bu cür yeniliklərə hökumətlər tərəfindən yaşıl işığın yandırılmasına əsas səbəb idarəetmə sisteminin təkmilləşdirilməsi ilə yanaşı, sistemin məhz informasiya ilə təmin edilməsi olmuşdur. Obyektivlik naminə burada müşahidə olunan bir tendensiyanı xüsusilə qeyd etməliyik: müxtəlif informasiya texnologiyalarının, sözün əsl mənasında, anbaan sürətlə inkişaf etdiyi halda dövlət idarəetmə prosesinə cəlb olunmuş kadrların peşəkarlıq səviyyəsində analoji sıçrayış xarakterli inkişafdan danışmaq olmur”, - deyə Asif Adil bildirib.

O deyib ki, obyektiv səbəblərdən yaşanan bu cür geriləməni idarəetmə sistemində kompensasiya etmək məqsədilə dövlətlər “aqressiv” şəkildə “informasiya ovuna” çıxdı. Peşəkar analitika olmayan yerdə isə hətta informasiya bolluğu zamanla “informasiya tullantılarına” çevrilir. Keçmişdə yaşanan bəzi proseslərə nəzər yetirsək görə bilərik ki, bu mərhələdə dövlətləri növbəti “tələ” gözləyirdi. Analitikanın qıtlığı səbəbindən sistemlər kütləvi şəkildə məlumatların sadəcə tirajlanması ilə məşğul olmağa başladılar. Bəli, mövcud məsələdə yaxşı uğurlar əldə olunub və böyük təcrübə də qazanılıb. Ancaq kortəbii informasiya “ovunun” əsas neqativ fəsadlarından biri sonsuz sayda məlumat mənbələrinin peyda olunmasıdır. Yuxarıda sadaladığımız inkişafın şərti 3-cü mərhələsi məhz qeyd olunan tendensiya kütləvi xarakter alan kimi başladı.

Belə ki, dövlət idarəçilik prosesinə cəlb olunmuş milli kadrların peşəkarlıq səviyyəsi, habelə informasiya və informasiya mənbələri uğrunda sərt mübarizənin aparılması nəticəsində total informasiya nəzarətdən çıxdı. Müxtəlif beynəlxalq proseslərin təzyiqi səbəbindən qanunların absurd dərəcədə liberallaşması sayəsində informasiya mənbələrinin sayı sonsuz dərəcədə artdı. Sözügedən amil isə qərəzli manipulyasiya və təzyiq üçün əlavə fürsətlər yaratmışdır. İnternet texnologiyalarının sayəsində bu gün hətta fərd belə təhdidedici tendensiyanın yaranmasına səbəb ola bilər. Bu mənada da idarəetmə sistemində texnoloji inkişafda olan geriləməni kompensasiya edə biləcək əsas amil yenə də analitikadır. Elm və analitikanın dövlət idarəetmə sistemində iştirak payının artırılmasının qaçılmazlığını biz ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlərdə eşidə bildik.

“İnsan övladının məsuliyyətsizliyi səbəbindən təbiətdə tullantıların artması real ekoloji fəlakətə gətirib çıxara bildiyi kimi, ictimai-siyasi münasibətlər sistemində də informasiya tullantılarının artması həmin sistemdə böhranın yaranmasına səbəb ola bilər. Bəzi dövlətlərin uğursuz təcrübəsi buna sübutdur. Təsadüfi deyil ki, idarəetmə sistemlərində analitikanın payı ildən-ilə artır. Mütləq şəkildə aydın olmalıdır ki, informasiya siyasəti, sadəcə, məlumatların tirajlanması demək deyil.

Suverenlik təkcə dövlətin sərhədlərində qorunmur, o, qlobal informasiya məkanında da qorunmalıdır. Klassik anlamda partizançılıq indi sosial şəbəkələr üzərindən reallaşdırılır. Peşəkar və dəqiq informasiya ilə “informasiya tullantıları” arasındakı sərhədi müəyyən etmək getdikcə daha da çətinləşir. “Keyfiyyət” və “obyektiv həqiqət” artıq heç kimi maraqlandırmır, hamı emosiya, qalmaqal və qeybət axtarışındadır. Elə buna görə də “manipulyasiya” son dövrdə ölkənin informasiya məkanında ən çox rastlanan ifadədir. Daha bir həqiqət də var ki, son illərdə ölkəmizin informasiya məkanı kifayət qədər siyasiləşib. Sosial şəbəkələr, sözün əsl mənasında, hər kəs üçün əlçatan siyasi tribunaya çevrilib.

Qeyd olunanları nəzərə alaraq, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində idarəetmə sistemində peşəkarlıq amilinin aktuallaşdırılmasına hesablanmış addımlar populyar hesab olunmasa da, onlar bu dövlət və xalqın gələcəyinə xidmət edən strateji sərmayədir. Aparılan islahatlar, dövlətimizin başçısının prinsipial mövqeyi və dünyada müşahidə olunan tendensiyalar mövcud qüsurların xalçanın altına süpürmək dövrünün bitməsindən xəbər verir. İdarəetmədə yeni düşüncə və yanaşma paradiqmalarının tətbiqi artıq zərurətdir. Bu mənada dayanıqlı inkişafı təmin etmək və mütəmadi olaraq yaranan təhdidləri zamanında zərərsizləşdirmək üçün siyasət və idarəetmədə yeni münasibətlər sisteminin yaranması labüddür. Bu günlərdə şahidlik etdiyimiz islahatlar məhz qeyd olunan məqsədlərə xidmət edən dövlət siyasətinin təzahürüdür”, - deyə politoloq vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub