Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polkovnik-leytenant: Qubadlının azad olunması düşməni nokdaun etdi

Polkovnik-leytenant: Qubadlının azad olunması düşməni nokdaun etdi

Bakı, 25 oktyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistanın təxribatlarına qarşı Azərbaycanın əks-hücum əməliyyatı başlandı. Azərbaycan Ordusu yüksək döyüş səviyyəsinə gətirildi. Gürcüstan sərhədindən İran sərhədinədək və Naxçıvanın Ermənistanla sərhədi boyu bütün Silahlı Qüvvələr tam hazırlıq vəziyyətinə keçdi. Qismən səfərbərlik keçirildi və daha bir ordu birliyi formalaşdırılıb tam döyüş vəziyyətinə gətirildi. Komendant saatı elan edildi. İnternet və KİV nəzarətə götürüldü və məhdudiyyətlər tətbiq edildi. Hava məkanı bağlandı. Pandemiya ilə əlaqədar bağlanmış sərhədlərdə və ölkənin daxilində ictimai və siyasi intizam daha da möhkəmləndirildi. Beynəlxalq və daxili təbliğat-təşviqat fəaliyyəti gücləndirildi. Azərbaycan Ordusu Murovdağ silsiləsindən Araz sahilinədək cəbhə boyu hücuma keçdi, eyni zamanda, üç istiqamətdən Ermənistanın Qarabağda mövqelənmiş işğalçı ordusuna zərbə endirdi. Düşmənə bir zərbə Murovdağda, digər zərbə Ağdərədə, başqa zərbə də Füzulidə endirildi.

Ehtiyatda olan polkovnik-leytenant, Heydər Əliyev adına Hərbi İnstitutun baş müəllimi, hərbi ekspert Vüqar Əliyev AZƏRTAC-a müsahibəsində Vətən müharibəsinin ilk günlərini belə xatırlayır.

“Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının davamlı, sürətli, gizli idarəetmə və sinxronlaşdırılmış qarşılıqlı əlaqəli döyüşləri ilə bütün istiqamətlərdə müvəffəqiyyət əldə edildi. Mükəmməl düşünülmüş hərbi hiylə ilə texniki vasitələrlə düşməni aldadaraq havadan müdafiə vasitələri aşkarlandı və sıradan çıxarıldı. Azərbaycan Hərbi Hava Qüvvələri Qarabağ səmasında havada tam hakimiyyətə sahib oldu. Ermənistanın Xankəndi ilə şimaldan quru kommunikasiya əlaqəsi olan Zod-Xankəndi avtomagistralı Azərbaycan Ordusunun atəş nəzarətinə alındı. Düşmənin cəbhə boyu keçirdiyi bütün əks-həmlələri dəf edildi. Radioelektron mübarizə və rabitə vasitələri sıradan çıxarıldı və susduruldu, komanda məntəqələri darmadağın, yüksək çinli komanda heyəti məhv edildi. Düşmənin idarəetməsi pozuldu. Canlı qüvvə və hərbi texnikada ağır itkilərə məruz qalan düşmənin müdafiə cəbhəsində çatlar əmələ gəldi. Onun uzunmüddətli döyüş üçün yaradılmış, dərin eşelonlaşdırılmış hazırlıqlı müdafiəsi hərbi vasitələrlə sındırılaraq cənubda çökdü. Silahlı Qüvvələrimiz aramsız hərbi əməliyyatlarla cəbhəni İran sərhədi ilə axan Araz çayının sahilində yardı”, - deyə hərbi ekspert bildirib.

Polkovnik-leytenant bildirib ki, düşmən Azərbaycan hakimiyyətini qorxutmaq və hakimiyyət-xalq birliyini pozmaq, iqtisadi, siyasi böhran yaratmaq, Ordumuzu dayandırmaq məqsədilə uzaqmənzilli raket-artilleriya vasitələri tətbiq etdi. Respublikanın dərinliyində, nəqliyyat kommunikasiya marşrutlarına, enerji nəqli xətlərinə, elektrik stansiyası, su anbarı və digər strateji məntəqələrə, cəbhə zonasından kənarda iri yaşayış məntəqələrində yaşayan mülki əhaliyə artilleriya zərbələri endirildi, ballistik raketlər buraxıldı. Hava Hücumundan Müdafiə Qoşunları belə zərbələrin təsirini məharətlə minimuma endirdi. Düşmənin Ermənistan və Qarabağın bütün dərinliyində yerləşən buraxılış-start qurğularını aşkarladıqca Hərbi Hava Qüvvələri belə vasitələri idarə edilən dəqiq silahlarla məhv etdi.

Azərbaycan Ordusu cənubda yarılmış keçiddən ehtiyat qüvvələrini döyüşə yeridərək şimala irəlilədi, 2020-ci il oktyabrın 4-də Cəbrayılı, sonra da oktyabrın 9-da Hadrutu azad etdi. Əlverişli hüdudda düşmənin mümkün əks-həmləsini dəf etmək üçün müdafiəyə keçib, möhkəmləndi. Düşmənin Hadrut-Araz sahili istiqamətli əks-zərbəsini dəf edib, rəqibin manevr edə biləcək mobil zirehli ehtiyatlarını darmadağın salıb, məhv etdi.

Baş müəllimin sözlərinə görə, düşmənin Zəngilan-Füzuli istiqaməti ilə cənubdan təminat kommunikasiyaları kəsildi. Düşmən qüvvələri fərarilik edib döyüş mövqelərinə çıxmaqdan imtina etdi. Döyüşə yararlı, saz silah, sursat və texnikanı mövqelərdə və anbarlarda atıb başıpozuq vəziyyətdə təşvişə düşüb qaçdı. Qərbə qaçan düşmən qüvvələrinə təşkilatlanmağa macal verməmək üçün Azərbaycan Ordusunun mobil qüvvələri cənubda, Araz çayının Azərbaycan sahili boyu düşməni təqibə başladı. Azərbaycan Ordusunun yeni yaradılmış ehtiyat qüvvəsi müvəffəqiyyəti Füzuli-Zəngilan istiqamətində inkişaf etdirmək üçün döyüşə yeridildi. Başıpozuq düşməni təqib edən Ordumuzun mobil bölmələri Araz sahili boyu təşviş içində qaçan düşmənin çiyinlərində daha da dərinliyə, Ermənistanla Azərbaycan şərti dövlət sərhədinə irəlilədi. Xudafərin körpüsünü keçdikdən sonra Azərbaycan torpaqlarında üçrəngli bayrağımız qaldırıldı.

“Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də Zəngilanı azad etdi. Ölkəmizin İran və Ermənistanla sərhədinə nəzarət Sərhəd Qoşunlarına tapşırıldı. Ordumuz şimala, Qubadlıya, sonra Laçına irəlilədi.

Qubadlı şəhərinin işğaldan azad olunduğunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı 2020-ci il oktyabrın 25-də özünün tviter hesabından elan etdi. “Dəmir yumruğ”un zərbəsi düşməni nokdauna saldı. Ermənistan Ordusunun, bu ölkənin Qarabağdakı bölmələri, ümumiyyətlə onun silahlı qüvvələri tükəndi və düşmən özünün müdafiə imkanlarından məhrum oldu.

Ermənistan dövlətinin daxili və xarici təşviqat mexanizmi iflasa uğradı, onun silahlı qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji durumu pozuldu, mübarizə əzmi qırıldı, düşmən iflic oldu”, - deyə Vüqar Əliyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək