Polşa ABŞ ilə strateji tərəfdaşlıqda maraqlıdır
Vyana, 12 aprel, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu fikri Polşanın Baş naziri Mateuş Moravietski ABŞ-a səfərinin birinci günündə vitse-prezident Kamala Harris ilə görüşdən sonra mətbuat üçün brifinqdə səsləndirib. O bildirib ki, Ağ ev Ukraynadakı vəziyyətin risklərini anlayır və ABŞ ilə Polşa arasında sıx münasibətlər istiqamətində mövzular hərtərəfli müzakirə edilib. Polşa ABŞ-a bütün səviyyələrdə strateji tərəfdaşlıq təklif edir və bu təklif qarşı tərəfdən də müsbət qarşılanır. Bu, Prezident Co Baydenin Polşaya səfəri zamanı investisiya, iqtisadi və hərbi layihələri müzakirə edərkən də aydın olub.
M.Moravietskinin fikrincə, Avropa İttifaqı daxilində ABŞ-la sıx müttəfiqliyə əsaslanan siyasət yaxın illərdə Polşa üçün ən yaxşı yoldur. Polşa ərazisində təkcə Amerika əsgərlərinin və bazalarının olması deyil, həm də Amerika iqtisadi və biznes maraqlarının inkişafı Polşanın təhlükəsizliyinin elementi ola bilər. Ona görə də görüşdə enerji, ticari və müdafiə sahəsini əhatə edən mövzular barədə fikir mübadiləsi aparılıb.
K.Harrislə görüşdə, həmçinin kibertəhlükəsizlik, hərbi təhlükəsizlik, eləcə də Uzaq Şərq, miqrasiya və iqlim dəyişikliyi kimi həssas mövzulara da toxunulub.
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]