Polşa Aİ-ni Ukrayna ilə ticarətin liberallaşdırılmasını dondurmağa çağırır
Bakı, 26 fevral, AZƏRTAC
Ukraynadan Polşaya və Avropa bazarına kənd təsərrüfatı məhsullarının nəzarətsiz axınına görə Avropa Komissiyası məsuliyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı naziri Çeslav Sekerski deyib. O, həmçinin Avropa İttifaqını Ukrayna ilə ticarətin liberallaşdırılmasını dondurmağa çağırıb.
“Biz fermerlərin etirazlarını başa düşməliyik və mən Avropa İttifaqının Nazirlər Şurasının Brüsseldə keçiriləcək iclasında bunun üçün çalışacağam”, - deyə Çeslav Sekerski bildirilib. Polşalı nazir iclasda “yaşıl istiqamət” sazişinə məhdudiyyətlərin tətbiqini də tələb etmək niyyətindədir.
Qeyd edək ki, bu gün Avropa İttifaqının Kənd Təsərrüfatı Nazirləri Şurasının Brüsseldə keçiriləcək iclasında fermerlərin problemlərinə baxılacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]