Polşa saytında Azərbaycanla bağlı məqalə yerləşdirilib
Bakı, 2 fevral, AZƏRTAC
Polşanın Wiadomosci.ngo.pl saytında Azərbaycan ilə bağlı məqalə dərc edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanın timsalında multikulturalizm” adlı məqalədə ölkə əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, Azərbaycanda həm də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin rahat yaşaması üçün bütün şəraitin yaradılması qeyd olunub. Bundan başqa, yazıda ölkəmizdə müsəlmanlarla yəhudilərin nümunəvi birgə yaşayışının təmin edildiyi xüsusi vurğulanıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin himayəsi ilə ölkədə iki sinaqoqun, Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzinin inşa edildiyi qeyd olunub.
Məqalənin müəllifi Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd yazıda Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam etdiyini də vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]