POLŞADA AZƏRBAYCANIN MİLLİ BAYRAMI QEYD EDİLMİŞDİR
Polşa hökumətinin, paytaxt ictimaiyyəti nümayəndələrinin, Varşavada akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin, habelə Azərbaycan diasporu üzvlərinin və tələbələrin iştirak etdiyi tədbirdə səfir Vilayət Quliyev Azərbaycan-Polşa əlaqələrinin mövcud vəziyyətindən, gələcək perspektivlərindən danışmışdır.
Qəbulda respublikamızın tarixi yerlərini, turizm zonalarını, füsunkar təbiətini və adət-ənənələrini əks etdirən sənədli film nümayiş olunmuş, Azərbaycanın klassik musiqisindən parçalar səsləndirilmişdir.
“Polyaklar Azərbaycanda” fotosərgisinin və Azərbaycan mədəniyyətinin təkrarsızlığını və özünəməxsusluğunu əks etdirən eksponatlar – qədim əl işləri, xalçalar, milli geyimlər və sair nümayiş etdirilmişdir.
Azərbaycan mətbəxinin nümunələrini, tarixi eksponatları rəğbətlə qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]