Polşada prezident postuna sağçı namizəd milli valyutadan imtina etməyəcəyini bildirib
Bakı, 20 may, AZƏRTAC
Müxalif sağçı “Qanun və Ədalət” partiyasından Polşa prezidentliyinə namizəd Karol Navrotski ali dövlət postuna seçiləcəyi təqdirdə milli valyutadan imtina edərək avroya keçmək niyyətində olmadığını bəyan edib.
AZƏRTAC xəbər verir ki, Karol Navrotski bunu özünün sosial media hesabında yazıb.
Siyasətçinin fikrincə, avroya keçid qiymətlərin artması, maliyyə müstəqilliyindən imtina və maliyyə ehtiyatlarının bir hissəsinin Avropa Mərkəzi Bankına verilməsi deməkdir.
Xatırladaq ki, Karol Navrotski mayın 18-də keçirilən prezident seçkilərinin ilk turunda 29,54 faiz, onun əsas rəqibi - Varşava meri Rafal Tşaskovski isə 31,36 faiz səs toplayıb. Seçkilərin ikinci - həlledici turu iyunun 1-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]