Polşalı fermerlər Baş nazirlə görüş tələb edirlər
Bakı, 1 mart, AZƏRTAC
Polşanın şimal-qərbində yerli əhəmiyyətli avtomobil yolunu bağlayan fermerlər Baş nazir Donald Tuskla görüş tələb edirlər.
AZƏRTAC xəbər verir ki, Interia.pl internet portalı bu barədə etiraz aksiyasının rəhbəri Pavel Sikorskiyə istinadla məlumat yayıb.
“Baş nazir Donald Tuskun gəlməsini gözləyirik. O, iki gün ərzində bizimlə görüşməsə, A1 avtomobil yolunu bağlayacağıq”, - deyə Pavel Sikorski bildirib.
Fevralın 29-da Donald Tusk Varşavada fermerlərin nümayəndələri ilə danışıqlar aparıb. Görüşdə kənd təsərrüfatı naziri Çeslav Sekerski də iştirak edib. Fermerlər görüşün “normal şəraitdə” keçdiyini, lakin heç bir nəticə əldə olunmadığını deyiblər.
Qeyd edək ki, polşalı fermerlər martın 6-da Varşavada yeni etiraz aksiyası keçirmək niyyətindədirlər. Onlar hökumətdən Ukraynanın kənd təsərrüfatı məhsullarının tədarükünə embarqo qoymasını, həmçinin ölkənin 2050-ci ilədək Avropa İttifaqı ölkələrində karbon qazı tullantısının dayandırılmasını nəzərdə tutan “Yaşıl istiqamət” proqramından çıxmasını tələb edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]