Poltavada raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
Kiyev, 2 fevral, AZƏRTAC
Rusiyanın fevralın 1-dəki raket hücumu nəticəsində Poltavada ölənlərin sayı 12 nəfərə çatıb, onlardan 2-si uşaqdır.
Bu barədə AZƏRTAC Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir.
"Poltava: Ölənlərin sayı 2-si uşaq olmaqla, 12 nəfərə çatıb", - Xidmətin səhər saatlarından “Telegram” kanalında yazılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev