Pomidor minalayıcı güvəsinə qarşı mübarizə tədbirlərinə dair metodiki vəsait hazırlanıb
Bakı, 31 mart, AZƏRTAC
Ölkəmizdə bitki sağlamlığının təmin olunması və təsərrüfatlarda zərərvericilərlə səmərəli mübarizənin təşkil olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ardıcıl tədbirlər görülür.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mütəxəssislər tərəfindən bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin təsərrüfatlarda işləyən əməkdaşların maarifləndirilməsi üçün pomidor minalayıcı güvəsi ilə əlaqədar risk təhlili həyata keçirilib və zərərvericilərə qarşı yeni mübarizə metodlarının aşılanması məqsədilə metodiki vəsait hazırlanıb.
Agentliyin Bitki sağlamlığı şöbəsi tərəfindən hazırlanan vəsaitdə pomidor minalayıcı güvəsinin fitosanitar risk səviyyəsi, karantin statusu, yayılma və daxiloma yolları, iqtisadi təsirləri və ona qarşı aparılan mübarizə tədbirləri öz əksini tapıb.
Pomidor minalayıcı güvəsinin yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsinə dair hazırlanmış digər metodiki vəsait isə həmin zərərverici üzərində müşahidələr və ona qarşı mübarizə tədbirlərinə dair ümumi tövsiyələri, eləcə də zərərvericinin təcrid və ləğv edilməsi üzrə milli fitosanitar nəzarət sisteminin yaradılmasını əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]