Portlend şəhərində polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib
Bakı, 24 iyul, AZƏRTAC
ABŞ-ın Portlend şəhərində etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında yenidən toqquşmalar başlayıb.
AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, federal güc strukturlarının nümayəndələri etiraz aksiyasını dağıtmaq məqsədilə gözyaşardıcı qazdan, həmçinin səs qumbaralarından istifadə ediblər.
“Wall of Moms” hərəkatı üzvlərinin aksiyanın dinc xarakterini qorumaq üçün göstərdiyi səylərə baxmayaraq, toqquşmalardan yayınmaq mümkün olmayıb. Etirazçılar zibil kisələrinə od vurub və məhkəmə binasına tərəf pirotexniki vasitələr və müxtəlif əşyalar atıblar. Polis səsgücləndirici vasitələrlə nümayişçiləri dağılışmağa çağırıb və onlara gözyaşardıcı qaz qumbaraları atıb.
Hazırda qanun keşikçiləri məhkəmə binasını qorumağa davam edir. İğtişaşlar nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsi ilə bağlı insidentdən sonra ABŞ-ın bir sıra şəhərlərini etiraz dalğası bürüyüb. Aksiyalar çox vaxt toqquşmalarla müşayiət olunub. Prezident Donald Tramp asayişin bərpa olunması üçün yetərincə tədbirlər görməyən ştat və bələdiyyə hakimiyyətindən narazılığını ifadə edib. Bu səbəbdən bəzi hallarda şəhərlərə hərbçilərin və federal polis əməkdaşlarının yeridilməsi əksəriyyəti Demokratlar partiyasının nümayəndələrindən ibarət yerli hakimiyyət orqanlarının narazılığına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]