Portuqaliyada səkkiz polis işçisi afrikalıları “təhqir etdiklərinə görə” mühakimə olunub
Lissabon, 22 may, AZƏRTAC
Sintra (Portuqaliya) şəhər məhkəməsi Portuqaliya polisinin səkkiz əməkdaşını müxtəlif müddətlərə həbs cəzasına məhkum edib. “Diario de Noticias” nəşrinin verdiyi məlumata görə, həmin polislər Afrika ölkələrindən olan altı nəfər barəsində törətdikləri hüquqazidd hərəkətlərə görə mühakimə olunub.
AZƏRTAC xəbər verir ki, məhkəmə bu polis əməkdaşlarını qeyri-qanuni şəkildə azadlıqdan məhrumetmə, fiziki sağlamlığa qəsb, təhqir və yalançı şahidlik haqqında maddələr üzrə təqsirkar hesab edib. Hüquq-mühafizə orqanları əməkdaşlarının qurbanları Portuqaliyanın keçmiş müstəmləkələri Mozambik, Kabo-Verde, Anqola və Qvineya-Bisaudan gəlmə şəxslərdir.
Prokurorluq əvvəlcə polis əməkdaşları barəsində irqçilik və işgəncələr barədə ittiham irəli sürüb, lakin məhkəmə müttəhimlərə həmin maddələr üzrə bəraət verib. Bununla belə, məhkəmə bildirib ki, onların hərəkətləri hakimiyyətdən ciddi sui-istifadə kimi qiymətləndirilməlidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]