Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev - azərbaycanlıların qürur mənbəyi və dayağı olan xarizmatik lider

Bakı, 7 fevral, AZƏRTAC

2018-ci ilin aprelində prezident seçkilərində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində ölkə həyatının bütün sahələrini əhatə edəcək dərin islahatların, yeni siyasi konfiqurasiyanın anonsunu vermişdi. Ötən dörd il Prezident İlham Əliyevin “Bizim sözümüz imzamız qədər keçərlidir” fikrinin həyatda növbəti dəfə əyani təsdiqini tapdığını göstərdi. AZƏRTAC bu müddət ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yoluna, idarəetmədə baş verən yeniliklərə, inqilabi səciyyə daşıyan islahatlar konsepsiyasına, zamanın çağırışlarından irəli gələn kadr siyasətinə və uğurları şərtləndirən digər amillərə nəzər salır.

Vətəndaşlarla ünsiyyətin yeni formatı

Dövlətimizin başçısının fevralın 2-də Azərbaycan gəncləri ilə səmimi bir atmosferdə görüşü baş tutdu. Bu görüş liderlə cəmiyyət arasında mövcud olan münasibətlər sisteminin yeni formatını nümayiş etdirdi. Prezident İlham Əliyevin cəmiyyətlə birbaşa dialoqu, ona ünvanlanan çoxsaylı sualları ətraflı cavablandırması, səmimi münasibəti, məsələlərə inklüziv yanaşması hər bir gəncdə mənəvi ruh yüksəkliyi yaradır, qürur aşılayır və gələcəyə nikbin baxmasını şərtləndirir. Bu baxımından cəmiyyətin hər bir üzvünün idealına çevrilən Azərbaycan Prezidentinin siyasi islahatlarının ən yüksək məqamı demokratiyaya birbaşa keçiddir ki, bu da dövlətimizin başçısının cəmiyyətin bütün təbəqələri ilə birbaşa dialoqunda ifadə olunur, Prezidentin vətəndaş üçün kifayət qədər əlçatan olduğunu göstərir.

Prezident İlham Əliyevin humanizmini, ədalətini əks etdirən sərəncamları, imzaladığı qanunlar insanlara qayğının təzahürüdür. Azərbaycan Prezidentinin şəhid ailələrinin üzvləri, müharibə qaziləri və əhalinin digər həssas təbəqələrinin nümayəndələri ilə səmimi görüşləri onun əsl vətənpərvər azərbaycanlı olmasının, həmçinin nəcib addımları ilə fərqlənən liderliyinin göstəricisidir.

Ölkənin inkişaf istiqamətlərini və tutduğu yolu, dövlətin yeritdiyi siyasəti müəyyənləşdirən Prezident İlham Əliyev Azərbaycanda islahatların keyfiyyətcə yeni mərhələsinə keçid dövrünü başa çatdırır. O, ölkədə idarəetmənin mexanizmlərini, vasitələrini və üsullarını dəyişib. Hakimiyyət piramidasının zirvəsində olan və tam səlahiyyətə malik siyasətçinin cəmiyyətin hər bir fərdini dinləməsi, problemlərin həllini daim nəzarətdə saxlaya bilməsi onun nə qədər dərin zəkaya, böyük iradəyə və gücə sahib olduğundan xəbər verir.

Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Dövlətimizin başçısı yurdumuzun işğaldan tam azad edilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, Azərbaycan bayrağının 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Hazırda isə Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.

Bu, Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı məktublarda, sadə və zəhmətkeş insanların ürəkdən gələn sözlərində, ziyalıların, elm adamlarının, xarici ölkə vətəndaşlarının həqiqətə və səmimiyyətə söykənən fikirlərində də aydın görünür. Xalqın məmnunluğunun ifadəsi olan minnətdarlıq məktubları uğurlu daxili və xarici siyasətin, böyük quruculuq işlərinin, aparılan dərin islahatların təcəssümüdür.

Hər bir sözünə, hər bir vədinə sadiq olan Prezident

Prezidentimizin müdrik, gələcəyə hesablanmış siyasəti, təbii ki, ilk növbədə, Azərbaycan dövlətinin immun sistemini möhkəmləndirdi. Biz Vətən müharibəsinin gedişində buna əyani surətdə şahidlik etdik. Prezident İlham Əliyev Cənubi Qafqazdakı hazırkı tarixi prosesin ssenari müəllifidir, regionun inkişaf meyillərini görən və istiqamətləndirən strateqdir. Onun hədəfi dəqiq nişan ala bilən strateji addımlarının bəhrəsi bu gün həyatımızın hər bir sahəsində aydın hiss olunur.

Prezident İlham Əliyev ali kürsüyə çıxan ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün göstəricisidir. Azərbaycan Prezidentinin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir.

Ölkə Prezidentinin prinsipiallığı Azərbaycan dövlətinin bütün sahələrdə ciddi uğurlar qazanmasını şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi, siyasi dialoq mühitinin möhkəmləndirilməsi, yeni siyasi konfiqurasiyanın yaranması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini təmin edib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün zəfər salnaməsinə möhtəşəm səhifə yazaraq, qalib dövlət kimi dünyaya öz gücünü, kimin kim olduğunu göstərdi. Bu gün Prezident İlham Əliyev dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq müharibə və sülh dövrünün qəhrəmanı kimi səciyyələndirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, güclü iradəsi və qətiyyəti İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərini şərtləndirən əsas amillərdir. Qüdrətli və yenilməz Ordu, düşmənin belini qıran “dəmir yumruq”, informasiya müharibəsində qazanılan zəfər, Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlığın zirvəyə yüksəlməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və quruculuq işləri, uğurla həyata keçirilən çoxşaxəli islahatlar - bütün bunlar Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır.

Milli inkişaf doktrinası: modern və innovativ missiya

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər xalqımızın dövlətçilik tarixində ölkəmizin qarşısında duran hədəflərin reallaşdırılması, davamlı inkişafının təmin edilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, digər tarixi nailiyyətlərin əldə olunması kontekstində ən parlaq, ən şanlı dövrlərdən birini təşkil edir. Dövlətimizin başçısı yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirir.

Xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə fərqlənən Azərbaycan Prezidentinin müasir siyasət strategiyası nəticəsində ölkəmiz modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyub, həyatın bütün sahələri yenilənib. Milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanır. Bu praqmatik, çevik siyasət, sistemli və ardıcıl strateji kurs ölkəmizin müasir inkişafını təmin edir.

Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın dünya miqyasında müsbət imicinin və reputasiyasının formalaşmasına nail olub. Təsadüfi deyil ki, beynəlxalq arenada ölkəmizə maraq gündən-günə artır, dostlarımızın və tərəfdaşlarımızın sayı getdikcə çoxalır. Azərbaycan Prezidenti dünya siyasətində öz qətiyyəti, prinsipiallığı, praqmatikliyi və uzaqgörənliyi ilə böyük nüfuz qazanıb. Dinamik iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilmiş Azərbaycanın qarşısında yeni üfüqlər açılıb. Qlobal enerji və logistika layihələrinin, böyük humanitar forumların təşkilatçısı və icraçısı kimi ölkəmiz regionun əsas güc mərkəzi olaraq mövqeyini hər ötən il daha da möhkəmləndirir. Fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı bunun yeni və parlaq göstəricisi oldu.

Uğurlu kadr siyasəti və gənclik qarşısında “yaşıl işıq”

Azərbaycanda uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu gənclər siyasəti kadr və institusional islahatlar zamanı da diqqətdə saxlanılır. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar zamanı, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınır.

Dövlət idarəetmə sistemində son illər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi rəğbətlə qarşılanır və müsbət nəticələr verir. Bu, ölkənin inkişafında gənclərə olan böyük inamın və etibarın təzahürüdür. Doğrudan da gənclik daim yeniliyə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verirlər. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir ki, bu da ölkənin, cəmiyyətin inkişafı üçün başlıca şərtlərdən biridir. Bu baxımdan idarəçilik sistemində yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birləşməsi yüksək səmərə verir.

Azərbaycan Prezidenti tərəfindən son dövrlərdə aparılan struktur və kadr islahatları iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə yol açır. Prezident İlham Əliyev bütün kadrlara, o cümlədən məmurlara yüksək tələbkarlıq və prinsipiallıqla yanaşır. Dövlətimizin başçısı vəzifəyə yeni təyin etdiyi kadrların qarşısında məsələni belə qoyur: ümumi idarəetmə işləri müasir standartlara uyğunlaşdırılmalıdır, şəhər və rayonlarda, ilk növbədə, iqtisadi inkişafa nail olunmalı, məşğulluq problemləri həllini tapmalıdır. Əsas tələblərdən biri də xalqın xidmətçisi olmaq, vətəndaşlarla təmas platformasını genişləndirməkdir. Ölkə rəhbərinin kadr siyasəti məhz həmin prinsiplər əsasında qurulur. Prezident açıq şəkildə bəyan edir ki, əyri yollarla gedən məmurlar ən sərt şəkildə cəzalandırılacaq və belə də olur.

Bu gün istər idarəetmə sahəsində, istərsə də sosial-iqtisadi, elmi-mədəni və ictimai həyatda gənc kadrların aparıcı rol oynaması ölkəmizin inkişafının təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.

Anti-milli qrupların, “5-ci kolon”un darmadağın edilməsi

Əvvəlcə “5-ci kolon” termininin mahiyyətinə nəzər salaq. Bu ifadə təxminən 80 il əvvəl İspaniyada meydana gəlib. Mahiyyəti ondan ibarətdir ki, bir ölkə daxilində müəyyən yerli qüvvələr müxtəlif maraqlar naminə öz dövlətlərinə qarşı yönəldilir. Onlar siyasi düşərgə vəziyyəti alaraq, ölkənin mənafeləri əleyhinə çıxış edirlər.

Qərb və erməni mənbələrindən maliyyələşdirilərək, təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyalarının davamlı xarakter alması və bəzi beynəlxalq dairələrin ölkəmizdə “5-ci kolon” yaratması onların Azərbaycanda sürətli, davamlı inkişafa mane olmaq niyyətlərindən irəli gəlirdi. Lakin Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bu mənfur niyyət fiaskoya uğradı, Azərbaycan iqtisadi möcüzələr yaradan, islahatçı ölkə kimi ad çıxardı. Ötən 18 ildə təkmilləşməni, yeniləşməni dövlət siyasətinin əsas xətti kimi qəbul edib, bu istiqamətdə davamlı addımlar atan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təcrübəsi nümunədir. Bu dövrün sosial-iqtisadi göstəricilərinə, ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinə və roluna, demokratik dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan addımlara və digər uğurlu nəticələrə diqqət yetirsək, Azərbaycanın əsas hədəfə yüksək səviyyədə nail olduğunu görərik. Ölkəmizə qarşı aparılan belə çirkin və ədalətsiz kampaniyalara ən tutarlı cavab elə günümüzün bu reallıqlarıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələr fəth edən, beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan seçilən, ən başlıcası isə ədaləti əsas meyar kimi qəbul edən Azərbaycana beynəlxalq maraq artdıqca, uğurlarımızı gözü götürməyən qüvvələrin qarayaxma cəhdləri də davam edəcək. Lakin belə əsassız kampaniyalar dövlətimizin başçısının siyasi müdafiə strategiyası sayəsində öz təsir imkanını itirir, əksinə, Azərbaycan daha da qüdrətlənir, güclənir və davamlı uğurlara imza atır.

Güclü dövlət və Prezident İlham Əliyevin Zəfər zirvəsi

2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin dəqiq ünvanı da göstərmişdi: “...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndərin siyasi varisi İlham Əliyev ötən on səkkiz illik fəaliyyəti dövründə bu inamı bütünlüklə doğruldub, xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı ildən-ilə yaxşılaşıb. Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, milli maraqları nəzərə alınmaqla həyata keçirilir.

Azərbaycan demokratik ölkə kimi daim irəliyə doğru gedir. Xalqımız çox yaxşı bilir ki, qazanılan uğurlar dövlətimizin başçısının uzaqgörən, praqmatik siyasətinin nəticəsidir. Prezident İlham Əliyev ötən 18 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilib, onun ardıcıl və sistemli şəkildə həyata keçirdiyi inqilabi islahatlar cəmiyyətin mənəvi yüksəlişini, xalqın birliyini və həmrəyliyini təmin edib.

Ölkəmizin 30 ilə yaxın idi ki, pozulmuş ərazi bütövlüyünün bərpası, Qarabağın, xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. İllərdir ermənilərin mütəmadi azğınlıqları ilə üz-üzə qalan xalqımız şanlı Qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Xalqımız əmindir ki, Prezident İlham Əliyev bundan sonra da Azərbaycanı zirvədən-zirvəyə aparmaqda davam edəcək.

 

Hikmət Əhmədov

AZƏRTAC-ın aparıcı müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO