Prezident İlham Əliyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.
Azərbaycan hərbiçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: “Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]