PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN RESPUBLİKASININ TEHRANDAKI SƏFİRLİYİNDƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 25-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyində olmuşdur. Səfir Abbasəli Həsənov və ailə üzvləri dövlətimizin başçısını böyük səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev səfirliyin iş şəraiti ilə yaxından maraqlandı. Eyni zamanda, burada yaradılmış fotoguşələrlə, o cümlədən ümummilli lider Heydər Əliyevin İrana səfərini əks etdirən, xalqımızın görkəmli oğlunun həyat və fəaliyyətindən bəhs edən fotoguşə ilə yaxından tanış oldu.
Azərbaycan Prezidenti burada yaradılmış iş şəraitindən razılığını bildirdi və səfirliyin əməkdaşları ilə xatirə şəkli çəkdirdi.