Prezident İlham Əliyev: Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir
Bakı, 19 yanvar, AZƏRTAC
Nisbətən sonra yaratdığımız və hazırda Azərbaycanı, Gürcüstanı, Türkiyəni birləşdirən və Avropaya qədər uzanan dəmir yolu bağlantısı uğurla icra etdiyimiz neft və qaz kəmərləri layihələrindən qaynaqlandı. Hesab edirəm ki, dəhlizin bu tərəfində işlər tamamlanıb, o cümlədən nəqliyyat infrastrukturu yerindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizində 53 gəmidən ibarət ən böyük donanmaya malikdir. Bununla yanaşı, Türkmənistan, Qazaxıstan və Azərbaycanın limanlarını, öz aralarında yaxşı dəmir yolu bağlantısına malik olmayan Mərkəzi Asiya ölkələrini qeyd etmək lazımdır. Beləliklə, iştirakçı dövlətlərdən - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və avropalı tərəfdaşlardan ibarət icraiyyə komitəsi və ya idarə heyəti yaradılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]