Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Bakıda bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışlarında iştirak etmişdir

Prezident İlham Əliyev Bakıda bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışlarında iştirak etmişdir

Bakı, 24 yanvar (AZƏRTAC). Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yeni inşa olunmuş bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışlarında iştirak etmişdir. 

Prezident İlham Əliyev əvvəlcə paytaxtın Xəzər rayonunda avtomobillərin və piyadaların daha sıx olduğu ərazidə - Aeroport dairəsi-Zuğulba yolunun 4,4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü piyada keçidinin açılışında iştirak etdi.

Dövlətimizin başçısı keçidin açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planına uyğun olaraq bu obyektdə tikinti işlərinə ötən ilin may ayında başlanmışdır.

Yeni yerüstü piyada keçidi ən müasir standartlara cavab verir. Tikintidə yüksək keyfiyyətli inşaat materiallarından və avadanlıqdan istifadə edilmişdir. Keçidin ümumi uzunluğu 61 metr, eni 3,5 metr, yolun hərəkət hissəsindən hündürlüyü isə 5,1 metrdir. Bu da yoldan istifadə edən iri avtomobillərin rahat hərəkət etməsinə şərait yaradır.

Prezident İlham Əliyev yerüstü piyada keçidini gəzdi.

Bildirildi ki, keçidin metal konstruksiya hissələri yerli mütəxəssislər tərəfindən quraşdırılmışdır. Tikinti zamanı 800 kvadratmetrlik rəngli laminat şüşədən istifadə olunmuşdur. Bu şüşənin vurulması keçidə xüsusi gözəllik verməklə yanaşı, həm də onun maksimum işıqlı olmasına şərait yaradır. Bundan başqa, burada təbii havalandırma sistemi quraşdırılmışdır ki, bu da ilin bütün fəsillərində keçidin içərisində havanın daim tənzimlənməsinə  imkan verəcəkdir. Yerüstü piyada keçidinin işıqlandırılması da müasir səviyyədə qurulmuşdur. İşıqlandırma iki mənbədən avtomat qoşuculardan qidalanır. Biri fəaliyyətini dayandırdıqda dərhal ehtiyat mənbə işə düşür. Keçid inşa olunarkən əlil arabalarının hərəkəti üçün də ayrıca yol nəzərdə tutulmuşdur. Bir sözlə, burada piyadaların sərbəst keçidi üçün bütün lazımi şərait yaradılmışdır.

Keçidin yaxınlığında 80 sot ərazi və Binə qəsəbəsinə gedən yolun ətrafı yaşıllaşdırılmışdır. Yerüstü keçidin bu ərazidə inşa olunması sakinlərin qəsəbələrə rahat getmələrinə imkan yaradır. Bu, həm də hərəkətin intensiv olduğu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını da aradan qaldıracaqdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

              X X X

Prezident İlham Əliyev sonra Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba qəsəbəsi avtomobil yolunda inşa edilmiş Binə yol qovşağının açılışında iştirak etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, qovşağın tikintisinə nazirliyin sifarişi ilə 2009-cu ilin sonunda başlanmışdır. Bildirildi ki, burada polad aşırımlı asma körpü inşa edilmişdir. Ümumi ağırlığı 4147 ton olan körpünün inşasında 662 ədəd burazdan istifadə edilmişdir. Layihəyə əsasən körpünün istismar müddəti 100 ilə hesablanmışdır. Qurğunun inşası zamanı ən müasir standartlara cavab verən inşaat materialları, o cümlədən poladdan istifadə edilmişdir.

Məlumat verildi ki, qovşaq yollarının ümumi uzunluğu 3700 metrdir. Yollara yüksək keyfiyyətli asfalt döşənmişdir. Polad aşırımlı asma körpünün uzunluğu 95, eni isə 27,5 metrdir. Körpüdə hər birinin eni 9,25 metr olan dördzolaqlı, ikihissəli yol inşa edilmişdir. Onun yerdən hündürlüyü 5,6 metrdir. Seysmik dayanıqlılığı 9 bal gücündə zəlzələyə hesablanmış körpünün tikintisi zamanı dünyanın aparıcı ölkələrinin təcrübəsi və texnologiyalarından istifadə olunmuşdur.

Qeyd edildi ki, asma körpü həm də piyada keçidi rolunu oynayır. Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba qəsəbəsi avtomobil yolunda nəqliyyatın hərəkətinin sıx olması əvvəllər piyadaların təhlükəsiz hərəkətinə maneələr yaradırdı. Bu körpüdə piyadalar üçün keçidin də nəzərə alınması artıq təhlükəni aradan qaldırmışdır. Burada yolun hər iki hissəsində piyadalar üçün pilləkənlər quraşdırılmış, körpünün üzərində hər iki tərəfdə eni 4 metr olan piyada yolu salınmışdır. Bu qovşaq Binə qəsəbəsindən Bakı şəhərinə və Mərdəkana, həmçinin əks istiqamətə nəqliyyat vasitələrinin hərəkətinin maneəsiz tənzimlənməsində mühüm rol oynayır.

Dövlətimizin başçısı qovşağın açılışını bildirən lenti kəsdi.

İnşaatçıları təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Sizi təbrik edirəm. Sizə təşəkkürümü bildirirəm. Bu gözəl körpünü yaratmısınız. Bu körpü həm şəhərə yaraşıq verir, həm də ki, insanlara rahatlıq. Körpü ən müasir texnologiyaların əsasında tikilibdir. Azərbaycanda artıq ən qabaqcıl texnologiya tətbiq olunur. Azərbaycanda artıq bütün işlərdə, xüsusilə yolların və körpülərin tikintisində ən müasir texnologiya mövcuddur.

Eyni zamanda, bu körpünün tikintisi onu göstərir ki, vaxtilə planlaşdırdığımız bütün məsələlər həyatda öz əksini tapır. Bakının yol-nəqliyyat sisteminin yaxşılaşdırılması üçün körpülər, yol ötürücüləri, yollar tikilir və bu proses çox geniş vüsət alıb. Bakıda artıq 10-dan çox yeni yol qovşaqları tikilib və bu proses davam edir. Tikilən bütün körpülər, yol qovşaqları ən yüksək standartlara cavab verir.

Binə qəsəbəsində yaşayan sakinlər üçün bu körpü əlbəttə ki, xüsusi məna daşıyır. Vaxtilə bu məntəqədə daim tıxaclar yaranırdı, burada işıqforlar bir neçə istiqamətdə yol hərəkətini tənzimləyirdi. Hazırda çox rahat, heç bir vaxt itirmədən Binə qəsəbəsinə və Binə qəsəbəsindən şəhərə, digər kənd və qəsəbələrə gedən sərnişinlər, vətəndaşlar rahat imkanlara malikdirlər. Bu, eyni zamanda, onu göstərir ki, Azərbaycanda görülən işlər maddi imkanlarımıza, maliyyə resurslarımıza əsaslanır. Baxmayaraq ki, dünyada keçən il, 2008-ci il böhranlı illər kimi tarixdə qalır, Azərbaycanda o illər ərzində və bu il və gələcək illərdə heç bir yubanma olmayacaqdır. İnfrastruktur layihələrinin həyata keçirilməsi üçün bizdə imkanlar da, maliyyə vəsaiti də vardır. 2011-ci ilin investisiya proqramı yaxın günlərdə təsdiq olunacaqdır. Bu proqramda nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər vəsait nəzərdə tutulub və bu da bizə imkan verəcək ki, həm bu gün, həm qarşıdakı illərdə Azərbaycanda bütün nəqliyyat sistemini müasirləşdirək, yaxşılaşdıraq və ən yüksək standartlara çatdıraq. Bu körpü dünyanın ən inkişaf etmiş ölkələrinin şəhərlərində tikilən körpülərdən geri qalmır. Bəlkə də onlardan daha da üstündür, çünki ən qabaqcıl, ən yeni texnologiyalar burada tətbiq olunub.

Mən çox şadam ki, xarici mütəxəssislərlə bərabər Azərbaycan mütəxəssisləri, fəhlələri, şirkətləri bu gözəl işlərdə fəal iştirak edirlər. Bu, həm şirkətlərimizin təcrübəsini artırır, həm də onu göstərir ki, artıq Azərbaycanda bu sahədə çox yaxşı və müasir şirkətlər vardır. Vəsait də Azərbaycanda qalır, insanlarımız işlə təmin olunur, ölkəmiz də inkişaf edir.

2011-ci il yaxşı başlayır. Biz artıq birinci böyük açılışı qeyd edirik. Belə açılışlar il ərzində çox olacaqdır.

Sizə, bu körpünün tikintisində iştirak etmiş bütün insanlara bir daha minnətdarlığımı bildirmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Prezident İlham Əliyevə körpünün burazlarının sınağı zamanı istifadə edilən qurğu barədə də məlumat verildi. Bildirildi ki, inşaat işləri zamanı burazlar bu qurğu vasitəsilə bir neçə dəfə sınaqdan çıxarılmışdır.

Dövlətimizin başçısı qovşağın ətrafında aparılmış abadlıq işləri ilə də tanış oldu. Məlumat verildi ki, burada ümumilikdə 8 hektar sahədə abadlıq və yaşıllaşdırma işləri görülmüş, müxtəlif dekorativ ağac və gül kolları əkilmişdir. İnşaat işləri zamanı yaşıllıqların suvarılmasının təşkili məsələsinə də diqqət yetirilmişdir. Bunun üçün uzunluğu 4 kilometr olan drenaj sistemi quraşdırılmışdır. Körpü və qovşaq yollarında müasir işıqlandırma sistemi yaradılmışdır. Qovşaq həm də ərazinin gözəlliyinə əlavə çalarlar gətirir.

X X X

Dövlətimizin başçısı İlham Əliyev paytaxtın Xəzər rayonunda avtomobillərin hərəkətinin daha intensiv olduğu Aeroport dairəsi- Zuğulba yolunun 1,6 kilometrlik hissəsində inşa olunmuş yeni yeraltı piyada keçidinin açılış mərasimində də iştirak etmişdir.

Prezident İlham Əliyev açılışı bildirən qırmızı lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planına uyğun olaraq inşa edilmiş bu keçidin tikintisinə 2010-cu ilin mart ayında başlanmışdır. Keçidin inşasında əsas məqsəd Milli Aviasiya Akademiyasında təhsil alan tələbələrin, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının, yaxınlıqda yerləşən bir sıra müəssisələrdə çalışanların və sakinlərin təhlükəsizliyini təmin etməklə yanaşı, Aeroport istiqamətində və əks istiqamətdə avtomobillərin fasiləsiz hərəkətinə nail olmaqdır.

Piyada keçidində tikinti işləri müasir texniki üsullardan istifadə edilməklə yüksək səviyyədə aparılmışdır. İnşaat işlərində 70-ə yaxın işçi çalışmış, 80-ə yaxın ən müasir texnikadan istifadə olunmuşdur. Dörd giriş-çıxışı olan yeraltı keçiddə əlil arabalarının hərəkəti üçün də lazimi şərait yaradılmışdır. Keçidin tikintisində 2600 kvadratmetr yüksək keyfiyyətli mərmərdən istifadə edilmişdir. Yeraltı piyada keçidinin uzunluğu 54 metr, eni 6,5 metr, hündürlüyü isə 3 metrdir. Keçid müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Yağış və süxur sularının toplanması üçün yaradılan drenaj sistemi xüsusi kanalizasiya xəttinə qoşulmuşdur.

Keçidin yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri görülmüş, avtomobil yollarının kənarında piyadaların hərəkəti üçün rahat səkilər salınmış, girişlərin yaxınlığında yeni, müasir dayanacaqlar qurulmuşdur. Yeni yeraltı piyada keçidindən istifadə hərəkətin intensiv olduğu bu ərazidə həm avtomobillərin, həm də piyadaların təhlükəsizliyini tam təmin edəcəkdir.

Görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı müvafiq tapşırıq və göstərişlərini verdi.

X X X

Sonra Prezident İlham Əliyev hava limanı qovşağı körpü keçidinin açılış mərasimində iştirak etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, bu qovşaq “Bakı şəhəri - Heydər Əliyev Beynəlxalq Aeroportu-Zuğulba qəsəbəsi avtomobil yolunun yenidən qurulması, yol qovşaqlarının və piyada keçidlərinin tikintisi” layihəsi çərçivəsində inşa edilmişdir. Aeroport yol qovşağı ikisəviyyəlidir və “yonca yarpağı” tiplidir. Böyük əhəmiyyətə malik olan bu qovşaq Zığ qəsəbəsi-Aeroport və Bakı şəhəri-Mərdəkan qəsəbəsi istiqamətlərində avtomobillərin hərəkətinin tamamilə təhlükəsiz və maneəsiz tənzimlənməsini həyata keçirir.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi.

Bildirildi ki, tikintisinə ötən ilin may ayında başlanmış Aeroport qovşağı körpüsündə inşaat işləri yüksək səviyyədə aparılmışdır. Yeni istifadəyə verilən qovşaq yollarının ümumi uzunluğu 6 min 757 metrdir. İki istiqamətli, dörd aşırımlı körpünün uzunluğu 127 metr, eni isə 39,8 metrdir. Körpünün konstruksiyası gərginləşdirilmiş dəmir-betondandır. Burada 8,8 kilometr uzunluğunda müasir drenaj sistemi də quraşdırılmışdır. Körpü 9 bal gücündə zəlzələyə davamlıdır və istismar müddəti 100 ilə hesablanmışdır.

Prezident İlham Əliyevə körpünün ətrafında görülmüş işlər barədə də məlumat verildi. Qovşağın ətrafında 26 hektar sahədə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, müasir suvarma sistemi yaradılmışdır. Körpüdə işıqlandırma sistemi də yüksək səviyyədə quraşdırılmışdır.

Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib