Prezident İlham Əliyev: Biz 2027-ci ilədək Avropaya qaz təchizatını iki dəfə artıracağıq
Bakı, 19 yanvar, AZƏRTAC
2021-ci ildə bizim Avropaya ixracımız 8 milyard kubmetrdən bir az artıq idi. Bu il ən azı 11,6 milyard kubmetr olacaq. Artım olduqca sürətlidir. Ümumi ixrac isə 24 milyard kubmetr olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.
Azərbaycan ilə Avropa İttifaqı arasında yayda imzalanmış anlaşma memorandumuna əsasən, 2027-ci ilədək biz təchizatını iki dəfə artıracağıq. Yəni, Avropa İttifaqına ixrac ən azı 20 milyard kubmetr olacaq. Bunun üçün isə Avropada daha çox interkonnektor olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan İnterkonnektoru ötən ilin sonunda istifadəyə verildi. Bu, bizə Bolqarıstana, ilin əvvəlindən isə Rumıniyaya qaz nəql etmək imkanı yaratdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]