Prezident İlham Əliyev FİFA-nın yeni rəhbərini təbrik edib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) yeni seçilən prezidenti Canni İnfantinoya təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı C.İnfantinonun bu məsul və şərəfli vəzifəyə seçilməsinin onun futbolun inkişafı sahəsində xidmətlərinə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin böyük etimadı olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ilə FİFA arasındakı əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib, C.İnfantinoya uğurlar diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]