Prezident İlham Əliyev Naftalanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir
Bakı, 11 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olmuşdur.
Dövlətimizin başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılmış abadlıq-quruculuq işləri, habelə inşası davam edən və layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verildi.
######
![]() |
![]() |
![]() |


