Prezident İlham Əliyev: Orta Dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var
Bakı, 19 yanvar, AZƏRTAC
Bu ildən etibarən biz Qazaxıstan neftinin tranzitinə başlamışıq. Türkmənistandan isə neft tranziti uzun illərdir həyata keçirilir. Bu dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
“Hesab edirəm ki, hazırda iştirakçı dövlətlər arasında - Mərkəzi Asiyada, Qafqazda və Avropada sıx əməkdaşlıq olmalıdır. Gömrük nəzarəti üzərində fəal çalışmalıyıq ki, “vahid pəncərə” yanaşması müəyyən dərəcədə tətbiq edilsin. Tarif siyasəti isə bu marşrutun cəlbedici olmasını təmin etməlidir, ona görə yox ki, digər marşrutlar yoxdur, sadəcə, bu, kommersiya baxımından da belə olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]