Prezident İlham Əliyev Roş-ha-Şana bayramı münasibətilə İsrail Prezidentini təbrik edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yəhudi Yeni ili - Roş-ha-Şana bayramı münasibətilə İsrail dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda Prezident İlham Əliyev bu bayramın dost İsrail xalqına və ölkəyə xoş günlər, əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət bəxş etməsini diləyib.
“Əminəm ki, milli-mənəvi dəyərlərini daim uca tutan xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə dövlətimizin başçısı qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]