Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev yeni dövr üzrə prioritetləri aydın formada müəyyənləşdirdi ŞƏRH

Prezident İlham Əliyev yeni dövr üzrə prioritetləri aydın formada müəyyənləşdirdi  ŞƏRH

Bakı, 15 fevral, AZƏRTAC

Bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bəyan etmişdi ki, seçkilər bütöv bir dövrə yekun vurur. Fevralın 14-də Milli Məclisdə baş tutmuş və Prezidentin andiçmə mərasimindəki fenomenal yaddaşa və müstəsna dövlətçilik təcrübəsinə əsaslanan çıxışı ilə İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

O deyib: “Qarşıdakı dövr üzrə Azərbaycan Respublikasının bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi və müdafiəsini daha da gücləndirmək naminə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək. Məlumdur ki, Azərbaycan Respublikası konstitusion səviyyədə başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin sirr deyil ki, bu gün özünü beynəlxalq ictimaiyyətin təmsilçisi kimi təqdim edən, lakin beynəlxalq hüquqa hörmətlə yanaşmayan subyektlər də daxil, bir çox dövlətlər üçün bu prinsip keçərli deyil. Xüsusən Vətən müharibəsində və antiterror tədbirlərində müstəsna qələbəmizin nəticəsi olaraq İlham Əliyevin yaratdığı yeni reallıq fonunda biz bu güclərin riyakar mahiyyətinin üzə çıxdığının şahidi oluruq. Bu mənada, güclü ordu quruculuğunun davam etdirilməsi yeni dövrdə əsas prioritetimiz olmalıdır ki, bütün mümkün təhdidləri zərərsizləşdirək”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, Prezident İlham Əliyev hərbi sənayenin inkişafına yalnız hərbi gücün artması yox, həm də suverenliyin elementi kimi yanaşır və əldə edilən strateji uğurların davamlılığında qətiyyətlidir: “Dövlət başçısının özünün də andiçmə mərasimində bəyan etdiyi kimi, Azərbaycan hərbi sənayenin inkişafının birinci mərhələsini artıq uğurla başa vurub. Növbəti mərhələ isə daha genişmiqyaslı olmaqla həm də Azərbaycanın bu istiqamətdə xarici asılılığının kəskin azaldılmasına yönələcək ki, bu da siyasi və iqtisadi müstəqilliyimizin ardınca müdafiə sənayesi sahəsində də suverenliyimizə töhfə olacaq. Prezidentin inauqurasiya mərasimindəki tarixi çıxışında qeyd etdiyi kimi, “biz, - İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”. Məhz bu məqsədlə sərhədlərimizin təhlükəsizliyinin daha da gücləndirilməsi zərurətdir. Dövlət başçısının təbiri ilə desək, “Bu, Azərbaycanı xarici risklərdən də qoruyacaq”. Əlbəttə, müzəffər Ali Baş Komandanın özünün də vurğuladığı kimi, bu gün biz Azərbaycan üçün təhdid görmürük, “çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”. Lakin unutmamalıyıq ki, ideoloji risklər sərhəd tanımır. Bu mənada, dövlət başçısı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsinə həm də ideoloji risklərdən qorunma imkanı kimi baxır və bu məsələ yeni dövrdə Azərbaycanın vacib prioritetlərindən olacaq. Ümumiyyətlə, İlham Əliyev üçün ideoloji bütövlük və tamlıq, azərbaycançılıq ideologiyası, ailə dəyərlərinin qorunması, gənc nəslin milli məfkurə və vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiva olunur. Bu mənada, əminliklə demək olar ki, yeni epoxada ailə və məktəb tərbiyəsi istiqamətində dövlət siyasəti daha çevik və effektiv metodlarla realizə olunacaq. İlham Əliyev ardıcıl qələbələri ilə Azərbaycanın ən qüdrətli dövrünü başlatmaqla elə siyasi konfiqurasiya formalaşdırıb ki, xalqımız milli birliyin əhəmiyyətini tarixin heç bir dövründə olmadığı qədər yaxşı başa düşür”.

Deputat qeyd edib ki, yeni dövrdə milli prioritetlərimizdən biri də ümumbəşəri dəyərlərə və beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə sadiq qalmaqla xarici siyasət kursunda 3 konkret istiqamətin müəyyən olunmasıdır: “Birincisi, Azərbaycan artıq əvvəlki qaydalarla - ikili standartla formalaşan riyakar qlobal nizamın şərtləri ilə hesablaşmaq niyyətində deyil. Əlbəttə, bunun da kökündə Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna arxalanaraq nail olduğu ciddi hərbi-siyasi, sosial və iqtisadi uğurlar dayanır. Dövlətimizin başçısının andiçmə mərasimində hər bir Azərbaycan vətəndaşının qəlbini qürurlandıran formada qətiyyətlə dediyi kimi, “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” Bu isə Bakıya özünün xarici siyasət kursunu daha rahat formada korreksiya etmək və yeni dövrün tələbinə uyğunlaşdırmaq imkanı verir. Məsələn, Azərbaycan artıq maskası yırtılmış beynəlxalq hüquq subyektlərinin riyakarlığına və ayırıcı xətlərdə ehtiva olunan selektiv siyasətinə dözmək niyyətində deyil. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, “Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik”, lakin Bakı yeni dövrdə həmin ayırıcı xətləri keçmək üçün xüsusi cəhdlər niyyətində deyil. Ona görə də yeni dövrün memarı olaraq İlham Əliyev beynəlxalq fəaliyyətdə prioritet olaraq Türk dünyası ilə əlaqələri müəyyən edir. Müzəffər Ali Baş Komandanın təbirincə desək, “böyük coğrafiya, böyük ərazi, böyük hərbi güc, böyük iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali” kimi vacib elementləri birləşdirən Türk Dövlətləri Təşkilatı həm də bir soydan, eyni kökdən xalqlar olması baxımından Azərbaycan üçün ailədir. Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi çaşdırmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi.

Xarici siyasət kursumuzun ikinci vacib konseptual elementi isə, Azərbaycanın daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətində ehtiva olunur. Sirr deyil ki, əvvəllər regional problemlər ucbatından daha çox lokal reallıqlara köklənməli olsaq da, məhz mövcud siyasi iradənin qətiyyəti ilə Azərbaycan artıq həmin dövrləri geridə qoyaraq özünü qlobal oyunçu kimi təsdiq edə bilib. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, əks halda “155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”. Bu gün isə hədəfimiz Zəfər qazanmış, reallıqlar yaratmış, lider dövlətin haqlı mövqeyi üzərində bərqərar olunub və biz Ermənistanın timsalında hansısa üçüncü dünya dövləti ilə münasibətlərə vaxt ayırmaq yox, lider qlobal subyektlərdən biri kimi iqlim dəyişiklikləri, islamofobiyaya və neokolonializmə qarşı mübarizədə dünyanı narahat edən problemlərin həllində daha fəal olmağı planlaşdırırıq. Ermənistanla münasibətlərə gəlincə, yeni dövr üçün İlham Əliyevin bu istiqamətdə yol xəritəsi kifayət qədər aydın oldu, Azərbaycan bu məsələdə qlobal manipulyatorlara meydan verməyəcək - bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum yoxdur”.

Yeni dövr üzrə müəyyənləşən hədəfləri təhlil edən deputat sonda bildirib: “Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk inauqurasiya mərasimini yeni dövrə keçidi təmin edəcək mükəmməl siyasi hadisəyə çevirə bildi. Üstəlik İlham Əliyev elə konfiqurasiyaya nail ola bildi ki, hər bir Azərbaycan vətəndaşı özünü bu transformasiyanın bir hissəsi və hərəkətverici qüvvəsi hesab edə biləcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub