Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində böyük inkişaf yolu keçib

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində böyük inkişaf yolu keçib

Bakı, 26 iyul, AZƏRTAC

Regionun lider dövləti olan Azərbaycan tarixinin ən şanlı dövrünü yaşayır. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi nəticəsində düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu özünün Zəfər dastanını yazdı. Şübhəsiz ki, ölkəmizin bu uğurunun, bu Zəfərinin arxasında məhz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Vüqar İskəndərovun “Azərbaycan tarixinin ən şanlı dövrünü yaşayır” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində böyük inkişaf yolu keçib. Bu müddət ərzində bütün sahələrdə, o cümlədən xarici siyasət və diplomatiya sahəsində əldə edilən nailiyyətlər də deyilənləri təsdiqləyir. Mən bu kontekstdə xüsusilə 2010-2020-ci illər ərzində əldə edilən uğurların üzərində dayanmaq istəyirəm. Məhz bu illər ərzində qurulmuş düzgün siyasət nəticəsində Azərbaycan çoxsaylı beynəlxalq təşkilat və qurumların üzvü olub, bəzi beynəlxalq təşkilatlarda tərəfdaş statusu əldə edib, həmçinin bir sıra beynəlxalq və qlobal təşəbbüslərə qoşulub. Heç şübhəsiz, bu sırada ölkəmizin 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul edilməsi, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə qəbul edilməsi və 2012-ci ilin mayında BMT Təhlükəsizlik Şurasına sədrliyi, 2019-cu ildən etibarən isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrliyi xüsusi vurğulanmalıdır.

Ötən 10 il ərzində Azərbaycan, həmçinin müxtəlif istiqamətləri əhatə edən onlarla nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizin irəli sürdüyü regional və qlobal əhəmiyyətli çoxsaylı təşəbbüslər beynəlxalq qurumlar tərəfindən dəstəklənib. Bütün bunlar isə Azərbaycan diplomatiyasının ötən 10 il ərzində əldə etdiyi nailiyyətlərə dair ümumi fikir formalaşdırmağa imkan verir”.

Deputat qeyd edir ki, müstəqil Azərbaycan milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasətində ayrı-ayrı dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verir. Məhz bu cür məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə yüksəksəviyyəli münasibətlərə malikdir. Ölkəmizi müsbət mənada fərqləndirən cəhətlərdən biri də odur ki, Azərbaycan müxtəlif coğrafi, dini və mədəni istiqamətləri əhatə edən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Özü də təkcə əməkdaşlıq etmir, respublikamız, eyni zamanda, bu təşkilatlar arasında əməkdaşlığın qurulması, yaxud dərinləşdirilməsi üçün körpü rolunu oynayır. Buna misal olaraq deyə bilərəm ki, Azərbaycanın Avropa İttifaqına (Aİ) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərlə, həmçinin əksər beynəlxalq qurumlarla münasibətləri yüksələn xətlə inkişaf edir, həmçinin bu təşkilatlardan biri ilə ortaq şəkildə Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirə digər təşkilatın da təmsilçiləri dəvət edilir. Bir sözlə, uğurlu xarici siyasət kursu həyata keçirən Azərbaycan, eyni zamanda, öz imkanlarını təqdim etməklə və xoş niyyət sərgiləməklə həm regionda, həm də qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, Şərqlə Qərb, xristian dünyası ilə İslam aləmi arasında səmimi əməkdaşlığının dərinləşməsinə öz töhfələrini verir. Heç şübhəsiz ki, ölkəmizin beynəlxalq miqyasdakı müsbət rolu, beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri dünyada yüksək dəyərləndirilir. Müxtəlif beynəlxalq təşkilatların nüfuzlu tədbirlərin keçirilməsi üçün Azərbaycanı seçməsi də bunu bir daha təsdiqləyir.

Bir sözlə, Azərbaycanın milli maraqlara əsaslanan tam müstəqil xarici siyasət kursu həyata keçirməsi, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verməsi, müxtəlif məsələlərə yanaşmada ədalətli mövqe sərgiləməsi ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Bununla bağlı çoxsaylı faktlar gətirmək olar. Lakin elə bir neçə fakt da kifayət edər ki, Azərbaycanın diplomatiya sahəsində necə uğurlu yol keçdiyini təsəvvür edə bilək. Məsələn, Azərbaycanın Avropa İttifaqı və quruma üzv dövlətlərlə münasibətlərinin dərinləşməsi deyilənləri əyani şəkildə təsdiqləyir. Avropanın aparıcı ölkələrini öz sıralarında birləşdirən Aİ ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir. Tərəflər uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Azərbaycanla Aİ arasındakı əməkdaşlığın mühüm bir istiqaməti, enerji təhlükəsizliyi ilə bağlıdır. Artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP istifadəyə verildikdən sonra respublikamız Avropa ölkələrinə, həmçinin “mavi yanacaq” ixrac etməyə başlayıb.

Azərbaycanın beynəlxalq miqyasda sıx əməkdaşlıq etdiyi təşkilatlardan biri də Şimali Atlantika Müqaviləsi Təşkilatıdır (NATO). Ölkəmizin bu təşkilatla münasibətlərinin təməli ulu öndər Heydər Əliyevin 1994-cü il 4 may tarixində Azərbaycan ilə NATO arasında Sülh Naminə Tərəfdaşlıq (SNT) Sazişini imzalaması ilə qoyulub. Qeyd edim ki, ölkəmiz bu Sazişin prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır və 2010-2020-ci illər ərzində də deyilən istiqamətdə mühüm addımlar atılıb.

Qeyd olunub ki, hazırda Azərbaycanın eyni vaxtda iki beynəlxalq təşkilata - Türk Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 10 il bundan əvvəl - 2011-ci ildə qoşulub. Azərbaycan Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviqinə davamlı töhfələr verir. 2005-ci ildən etibarən Azərbaycan Hərəkatda təmsil olunan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycanın qurumun fəaliyyətinə bu və ya digər sanballı töhfələr verməsi Qoşulmama Hərəkatında ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. QH dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş XVIII Zirvə görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Qoşulmama Hərəkatının sədri statusunda səmərəli fəaliyyət Hərəkata üzv ölkələrdə Azərbaycana böyük rəğbət və hörmət qazandırıb. Bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müraciət respublikamız tərəfindən müsbət dəyərləndirilib.

Qoşulmama Hərəkatının ərazi bütövlüyü məsələsində daim Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib, həmçinin Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək göstərib. Qoşulmama Hərəkatı, Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyib və Vətən müharibəsi dövründə qəbul etdiyi sənədlərlə ölkəmizin yanında olduğunu ifadə edib. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil olunmasına dair israrlı mövqe nümayiş etdiriblər. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur olublar. Bu məqamda onu da xatırladım ki, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına yeni üzv dövlət seçilməsi zamanı namizədlər arasında ciddi rəqabət var idi. Azərbaycan bu rəqabətdən qalib çıxdı - 155 dövlətin dəstəyini qazanaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və burada Qoşulmama Hərəkatına üzv dövlətlərin respublikamızın lehinə səs vermələri mühüm rol oynadı. Digər tərəfdən, ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün irəli sürməsi də mühüm aktuallıq daşıyır. Sessiya 2020-ci il dekabrın 3-4-də Nyu-Yorkda keçirildi. Xatırladım ki, BMT-nin 150-dən artıq üzv dövləti respublikamızın təşəbbüsünə öz dəstəyini ifadə edib. Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artmasını bir daha təsdiqləyir.

“Azərbaycanın xarici siyasət kursunda prioritet istiqamətlərdən birini də İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir və 2010-2020-ci illər ərzində bu sahədə də mühüm addımlar atılıb. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında (İƏT) uğurla təmsil olunur və qurumun tədbirlərində fəal şəkildə iştirak edir. Azərbaycan, eyni zamanda, İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Azərbaycanın həmin ildə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi İslam aləminə və bütün dünyamıza əmin-amanlıq, həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Həmçinin son illərdə Azərbaycan İƏT-ə üzv ölkələrin nazirlərinin görüş yerinə çevrilib. İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv şəkildə Azərbaycanda səfərdə olmaları ölkəmizin müsəlman dünyasında nüfuzunun və mövqeyinin artmasının əyani göstəricisidir. Öz növbəsində, İƏT Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini də həmişə birmənalı şəkildə pisləyib. İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. 2016-cı ildə İƏT-in Təmas Qrupunun təsis edilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir”, - deyə deputat məqaləsində vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO