Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ilə Transxəzər qaz kəməri reallığa çevriləcək - ŞƏRH

Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ilə Transxəzər qaz kəməri reallığa çevriləcək -  ŞƏRH

Bakı, 11 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Öz suverenliyini tam bərpa etmiş Azərbaycan sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyaraq gələcəyə doğru uğurla irəliləyir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafının və əldə olunan qələbələrin arxasında böyük işlər və ağır zəhmət dayanır.

Azərbaycan neft ölkəsidir və ötən əsrin əvvəlindən başlayaraq Abşeron yarmadasından neft hasil olunub. Lakin tarixin heç bir dövründə neft gəlirləri, indi olduğu kimi dövlətimizin inkişafı və xalqımızın rifahi naminə istifadə edilməyib.

Hələ 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi neft strategiyasının həyata vəsiqə alması üçün imzalanan “Əsrin müqaviləsi” Azərbaycana çox iri həcmli sərmayələrin cəlb edilməsinə imkan yaratdı.

Həmin dövrdə Azərbaycanın geosiyasi vəziyyəti heç də ürəkaçan deyildi. Bir tərəfdən Qərb şirkətlərinin regiona gəlməsini istəməyən bəzi ölkələrin ambisiyaları, digər tərəfdən Ermənistanın ərazi iddiaları bölgədə qeyri-sabit vəziyyət yaratmışdı. Buna görə də Qərbin iri neft şirkətləri müqaviləni imzalayıb, onun reallaşmasını isə sonraya, daha əlverişli zamana saxlamaq istəyirdilər. Lakin müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan gözləyə bilməzdi. Dövlət büdcəsi boş qalmışdı, işsizlik hökm sürürdü, əhalinin sosial vəziyyəti getdikcə daha da pisləşirdi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev ABŞ-a səfər etdi və Hyustonda yerləşən Beynəlxalq Neft Korporasiyasında “Chevron”, “Exxon Mobil”, “AMOKO”, “Yunokal” kimi şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi. İlham Əliyev Azərbaycanın uğurlu gələcəyinə ümidlə baxaraq həmin şirkətlərin rəhbərlərini ölkəmizə investisiya yatırmağın perspektivli olduğuna inandırmağı bacardı.

Korporasiyanın rəhbəri Robert Burt ABŞ mətbuatına verdiyi müsahibəsində deyib ki, Xəzər regionun mahiyyəti və oradakı yataqların neft və qaz ehtiyatları haqqında ARDNŞ-in vitse-prezidenti İlham Əliyevdən ətraflı məlumat aldıqdan sonra neft şirkətləri dərhal sərmayə yatırmağa razılıq verdilər.

Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti ölkəmizə böyük uğurlar qazandırıb.

Neft hasilatının 63 faizini təşkil edən Azəri-Çıraq-Günəşli (AÇG) və əmtəəlik qazın təxminən 70 faizinin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 580 milyon ton neft, 43 milyon ton kondensat çıxarılıb, 621 milyon ton neft-kondensat ixrac olunub. “Şahdəniz” yatağından hasil edilən 202 milyard kubmetr qazın isə 143 milyard kubmetri xarici bazarlara nəql olunur ki, bu da xüsusi qeyd edilməlidir.

Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolunu düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Prezidentin Cənub Qaz Dəhlizi təşəbbüsü bu gün Azərbaycanın dünyadakı siyasi nüfuzunu və etibarlı tərəfdaş olduğunu sübuta yetirib.

Cənub Qaz Dəhlizinin 4 komponenti - “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalara əsasən bu beynəlxalq əhəmiyyətli layihənin gerçəkləşdirilməsinə başlanıldı. Uzunluğu 3,5 min kilometr olan Cənub Qaz Dəhlizi 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihə 40 milyard dollar həcmində dəyərləndirilir. Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti Cənub Qaz Dəhlizinin həyata keçirilməsini təmin edib. Bu layihə təkcə Azərbaycanın deyil, digər region ölkələrinin də iqtisadi inkişafına təkan verəcək. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan Avropaya 10 milyard kubmetr qaz ixrac edir. Bu rəqəm gələcəkdə əlavə olaraq 5 milyard da artırılacaq. Transanadolu (TANAP) və Transadriatik (TAP) kəmərləri vasitəsilə ixrac olunan qazın həcmi 2025-ci ildə “Şahdəniz” yatağından hasil olunan təbii qazın hesabına artırılacaq. Bununla yanaşı Azərbaycan yalnız öz qazının deyil, Türkmənistan qazının da Avropaya nəql olunmasında mühüm tranzit mövqeyə sahibdir.

Beynəlxalq Enerji Agentliyinin analitiki Hergel Molnar Avropada qaz böhranından danışarkən demişdi ki, Avropa İttifaqı təbii qaz hasilatına və nəqlinə daha çox sərmayə yatırmalıdır. Əks halda, Avropanı təbii qaz ilə təhlükəsiz şəkildə təmin etmək mümkün olmayacaq. Məsələyə bu kontekstdə yanaşdıqda Transxəzər qaz kəmərinin çəkilişinin nə qədər aktual olduğunu görərik. Türkmənistan qazı bu kəmərlə Azərbaycana, buradan Türkiyəyə, oradan isə Avropaya nəql olunacaq.

Cari ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının doqquzuncu iclası keçirildi. İclasda enerji və təchizatın təhlükəsizliyi, “yaşıl enerji”yə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqləndi. Bu toplantı Avropada qaz böhranı zamanına təsadüf edirdi. Həmin vaxt Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bəyan etmişdi ki, Avropa İttifaqı və Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə razılıq əldə etdilər. Təsadüfi deyil ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson toplantıdan sonra bəyan etdi ki, Azərbaycan və Avropa İttifaqı strateji enerji tərəfdaşıdır. Beləliklə, regionda cərəyan edən proseslərə baxmayaraq Azərbaycan etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu enerji siyasəti ilə Transxəzər qaz kəmərinin çəkilişi reallığa çevriləcək. Orta Asiya respublikalarında hasil olunan təbii qaz da Azərbaycan üzərindən və Azərbaycanın yaratdığı infrastrukturla tranzit olaraq Avropaya nəql ediləcək. Bununla da, Azərbaycan iqtisadi dividendlərlə yanaşı siyasi zəmanət də qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib