Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEVİN VƏ KANSLER GERHARD ŞRÖDERİN BİRGƏ MƏTBUAT KONFRANSI

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın federal kansleri Gerhard Şröder mətbuat konfransı keçirdilər. AFR hökumətinin başçısı və Azərbaycan Prezidenti əvvəlcə bəyanatlarla çıxış etdilər.

ALMANİYANIN FEDERAL KANSLERİ GERHARD ŞRÖDERİN BƏYANATI

- Hörmətli xanımlar və cənablar!

Bildirmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevi burada salamlamaqdan çox şadam. Ona görə şadam ki, cənab Əliyev Prezident seçildikdən sonra buraya ilk rəsmi səfərə gəlmişdir. Azərbaycanla Almaniya arasında siyasi münasibətlər çox gözəl, yüksək səviyyədədir. Mən belə fikirdəyəm ki, cənab Prezident Azərbaycanda hüquqi dövlət yaradılmasında çox maraqlıdır və çox böyük səylər göstərir, nailiyyətlər də əldə edibdir. Ona görə də mən ona çox böyük hörmətlə, ehtiramla yanaşıram. Cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən islahatlar nəticəsində çox gözəl, yaxşı mənada təəccübləndirici nəticələr əldə olunubdur. Bu da iqtisadiyyatın inkişafına böyük təkan verir və bütün Azərbaycan ictimaiyyəti bundan bəhrələnəcəkdir.

Siyasi məsələyə gəldikdə isə, deyə bilərəm ki, əvvəllər olduğu kimi, Almaniya bu gün də Azərbaycanın tərəfdaşıdır və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və tanıyacaqdır. Biz buna çox böyük hörmətlə yanaşırıq. Cənab Prezident və mən belə düşünürük və bu fikirdəyik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz sülh yolu ilə aradan qaldırılmalıdır. Almaniya ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində bu işə öz töhfəsini verəcək və səylər göstərəcəkdir.

Bu gün hamımızın şahidliyi ilə dörd aerobusun alınmasına dair imzalanan müqavilə iqtisadi əlaqələrimizin bir təzahürüdür. Azərbaycan da bu müqaviləni çox ciddi hesab edir. Əlbəttə, məqsəd Avropaya inteqrasiya olmaqdan ibarətdir. Eyni zamanda, Avropa Birliyinin yeni qonşuluq siyasətini həyata keçirmək siyasətindən söhbət gedir. Yəni bunun arxasında çox böyük məqsədlər durur.

Almaniya şirkətlərinin Azərbaycandakı fəallığı barədə də danışmaq istəyirəm. Cənab Prezident keçirdiyimiz görüşdə qeyd etdi ki, Almaniya şirkətləri ilə enerji və infrastruktur sahələrində əməkdaşlıq etmək və fəaliyyət göstərmək üçün çox gözəl şərait mövcuddur və onlar Azərbaycana xoş gəliblər. Məsələn,”Siemens” kimi şirkətlər nəzərdə tutulur ki, onlar orada bəzi layihələrin həyata keçirilməsində maraqlıdırlar.

Biz danışıqlar çərçivəsində belə bir şifahi razılığa gəldik ki, bu ilin payızında və ya gələn ilin əvvəlində Berlində Almaniya iqtisadiyyatı nümayəndələrinin iştirakı ilə Azərbaycana sərmayə qoyulması ilə əlaqədar bir konfrans keçirilsin. Burada konkret olaraq Azərbaycanda mövcud olan real imkanlar müzakirə edilsin, konkret layihələr təqdim olunsun və sıx iqtisadi əməkdaşlığa başlayaq. Mən tamamilə əminəm ki, cənab Prezidentin Almaniyaya səfəri hər iki tərəf üçün faydalıdır və hər iki tərəf bundan bəhrələnəcəkdir.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli xanımlar və cənablar!

Mən ilk növbədə, qeyd etmək istərdim ki, bu mənim Almaniya Federativ Respublikasına ilk rəsmi səfərimdir və çox məmnunam ki, bu səfər çox yüksək səviyyədə keçir. Səfər çərçivəsində bu gün səhər Almaniyanın Prezidenti ilə görüşüm olubdur. Eyni zamanda, bu gün cənab federal kanslerlə görüşüm olubdur. Demək istəyirəm ki, geniş fikir mübadiləsi aparılmışdır. Almaniya-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunmuşdur.

Azərbaycanın Avropa Birliyi ilə münasibətləri sürətlə inkişaf edir. Bu həm bizi, həm də Avropa Birliyini qane edir. Almaniya Avropanın və dünyanın aparıcı ölkələrindən biridir və çox güclü iqtisadi potensiala malikdir.

Son illər ərzində Azərbaycanda da aparılmış iqtisadi islahatlar nəticəsində ölkəmiz güclənibdir və bizim iqtisadi potensialımız ildən-ilə artır. Bizim regionda Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən çəkisi artır, mövqeləri möhkəmlənir. Əlbəttə, belə olan halda ümid edirik ki, iki ölkə arasında bütün istiqamətlərdə yaşanan əməkdaşlıq bu səfərdən sonra daha da genişlənəcəkdir. Biz çox istəyirik ki, siyasi, iqtisadi və bütün digər sahələrdə Almaniya ilə Azərbaycan arasında əlaqələr genişlənsin, möhkəmlənsin və iki ölkə bir-birinə daha da yaxın olsun.

Konkret layihələr haqqında fikir mübadiləsi aparılmışdır. Bu gün aerobusların alınması haqqında müqavilə imzalanmışdır. Cənab kansler qeyd etdi ki, bu müqavilə həm Azərbaycan, həm də Avropa ölkələri üçün çox vacibdir. Əminəm ki, bundan sonra başqa sahələrdə də Avropa ilə əməkdaşlığımız daha sürətlə inkişaf edəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Almaniya hökumətinin mövqeyi bizi çox razı salır. Bu gün cənab kanslerin qeyd etdiyi kimi, Almaniya Azərbaycanın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşmışdır və bu, indi də davam edir. Ümid edirəm ki, bu prinsip əsas tutularaq, Ermənistanla Azərbaycan arasında olan münaqişə tezliklə və sülh yolu ilə öz həllini tapa bilər.

İkitərəfli münasibətlərin daha da inkişafı üçün çox gözəl zəmin vardır və bu səfər gələcək əməkdaşlığın yeni istiqamətlərini müəyyən etdi. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da bütün istiqamətlərdə uğurlu əməkdaşlıq edəcəyik.

X X X

Sonra jurnalistləri maraqlandıran suallara cavab verildi.

SUAL: Cənab kansler, Siz qeyd etdiniz ki, Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlər yüksək səviyyədədir. Bəs mədəniyyət sahəsində vəziyyət necədir? Bu sahədə də əlaqələri inkişaf etdirmək lazım gələrsə, Siz bunun üçün nə edərdiniz?

GERHARD ŞRÖDER: Mən həmişə belə fikirdə olmuşam ki, ölkələr arasında münasibətləri bir-birindən ayırmaq olmaz. Siyasətdən, iqtisadiyyatdan söhbət getməsindən asılı olmayaraq, hər bir sahəyə böyük hörmətlə yanaşmaq lazımdır. Çünki bu, yaxşı əməkdaşlığın, dostluğun əsasını təşkil edir. Ona görə Azərbaycanla mədəni əməkdaşlıq da çox vacibdir. Təəssüf ki, indiki halda mən bu sahədə konkret olaraq nələrin nəzərdə tutulduğunu deyə bilmərəm. Amma bu sahədə hər hansı təşəbbüs olarsa, mən onu dəstəkləməyə hazıram. Məncə, biz bu məsələyə nikbin yanaşa bilərik, çünki sizin alman dilini bu səviyyədə bilməyiniz mədəniyyət sahəsində nə qədər irəli getdiyimizi göstərir.

SUAL: Cənab Prezident, Siz qeyd etdiniz ki, Dağlıq Qarabağ münaqişəsini siyasi yolla həll etmək olar. Siz bunun üçün hansı vasitələri görürsünüz?

İLHAM ƏLİYEV: Birinci vasitə ondan ibarətdir ki, beynəlxalq hüquq normalarına əməl edilməlidir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı yeddi rayonumuzu işğal edib və bu, uzun illərdir davam edir. Ermənistan silahlı qüvvələri işğal olunmuş bu torpaqlardan çıxmayınca, münaqişə öz həllini tapa bilməz. Ona görə də ilk növbədə, beynəlxalq hüquq normalarına əməl edilməlidir. Dünyanın müxtəlif ölkələrində milli azlıqlar yaşayır. Lakin bu, heç də o demək deyil ki, milli azlıqlar separatizm yolu tutmalıdırlar. Azərbaycanda müxtəlif millətlər yaşayırlar, ermənilər də Dağlıq Qarabağda yaşaya bilərlər. Əgər beynəlxalq hüquq normaları öz ifadəsini taparsa, Azərbaycan torpaqları işğaldan azad olunarsa, Azərbaycan və Ermənistan sülh sazişinə yaxınlaşa bilər. Ermənistan tərəfinin irəli sürdüyü tezis ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyin etməlidirlər. Amma mən bildirmək istəyirəm ki, erməni xalqı artıq öz müqəddəratını təyin etmişdir və dünyada Ermənistan dövləti vardır. Onların bu siyasətinin gələcəyi yoxdur, bu, dünyada gedən proseslərlə ziddiyyət təşkil edir. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bunu tezliklə başa düşər və silahlı qüvvələrini özünə məxsus olmayan torpaqlardan geri çəkər.

SUAL: Cənubi Qafqaz Avropa ailəsinə inteqrasiya edir, Avropanın bir hissəsi hesab olunmağa başlayır. Lakin Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqeyini bildirməmişdir. Almaniya Avropanın aparıcı dövlətlərindən biridir, Avropa Birliyində, Avropa Parlamentində öz çəkisi vardır. Bu baxımdan Almaniya nə kimi rol oynaya bilər?

GERHARD ŞRÖDER: Avropa Parlamenti birbaşa bu məsələyə qoşulsa, bunu həmin dövlətlərin siyasətinə müdaxilə kimi qiymətləndirə bilərlər. Amma mən cənab Prezidentlə söhbət zamanı da qeyd etdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü həmişə tanımışıq və bu mövqeyimizdə də qalacağıq. Düşünürəm ki, bu, təkcə bizim yox, eyni zamanda, Avropa Parlamentinin də mövqeyidir.

SUAL: Siz beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı fikir mübadiləsi apardınızmı? Rusiyada sonuncu təyyarə qəzaları ilə əlaqədar nə deyə bilərsiniz?

GERHARD ŞRÖDER: Təəssüf ki, təyyarə qəzaları barədə dəqiq məlumatım yoxdur, yəqin ki, bununla əlaqədar təhqiqatlar gedir, ona görə də dəqiqsizliyə yol vermək istəməzdim. Qəzaların səbəbi təhqiqatlardan sonra məlum olacaqdır.

X X X

Avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda Almaniya bundestaqının üzvlərini qəbul etmişdir.

Həmin gün axşam “Siemens” şirkəti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə işgüzar şam yeməyi təşkil olunmuşdur. Şam yeməyində Almaniyanın aparıcı şirkətləri və konsernlərinin rəhbərləri iştirak edirdilər.

Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar