Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Zəfər epopeyası

Prezident İlham Əliyevin Zəfər epopeyası

Bakı, 24 dekabr, AZƏRTAC

Vətən müharibəsi Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazıldı. Savaşın hər gününü, hər anını xalqımız yüksək əhvalla yaşadı. Cəbhədən alınan qələbə xəbərləri ruhumuzu yerindən oynatdı: şəhadətin göz yaşları qələbə sevinci ilə əvəz olundu. Bir xalq və millət olaraq son əsrlərdə qələbə üzünə həsrət qalmış Azərbaycan etnosu düşmən üzərində zəfər çalmaqla millətin tarixi kimlik ləyaqətini bütün dünyaya sübut etdi.

Azərbaycan yumruq kimi birləşdi: lider və xalqın mənəvi-ruh birliyi bu xalqın xeyirxahlarına da, bədxahlarına da Azərbaycan xalqının kim olduğunu göstərdi. Dünya bu qələbənin nümunəsində Oğuz-Türk kimliyinin yenidən necə doğulduğunu, Oğuz xaqanın övladlarının öz şanlı hərb tarixini unutmadıqlarını, torpağa "ana" deyən igidlərin öz canlarını ana torpaq uğrunda necə böyük bir sevinclə verdiklərinə şahidlik etdi.

Bu fikirlər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Prezident İlham Əliyevin Zəfər epopeyası” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Milli vəhdət diskursu

Azərbaycanın erməni işğalçılarının nümunəsində bütün düşmənlərinin üzərində qələbəsi xalqın yalnız öz bütövlüyünü ortaya qoyması ilə mümkün oldu. Düşmənlərin bir neçə əsr boyunca apardıqları Azərbaycan xalqının milli kimliyini dağıtmaq, məhv etmək siyasəti 44 günlük Vətən müharibəsində iflasa uğradı: xalqımız "dəmir yumruq" kimi birləşə bildi. Bu tarixi vəhdətə istisnasız olaraq lider və xalqın birliyi sayəsində nail olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının minilliklərin dərinliklərindən gələn, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və praktikasında müasir milli-siyasi birlik formuluna çevrilən milli vəhdət modelini bütün dünyanı heyrətdə qoyacaq səviyyədə uğurla həyata keçirərək, Azərbaycan etnosunu qələbəyə qovuşdurdu.

Millət, xalq, cəmiyyət... etnosun özünütəşkil modelinin müxtəlif səviyyələri olmaqla son dərəcə mürəkkəb sistemdir. Azərbaycanın qurucu liderləri tarixən ən çıxılmaz, ən mürəkkəb şəraitlərdə daim milli sistemi yaşatmağa, dirçəltməyə, milli varlığımızı məhv olmaqdan qorumağa çalışmışlar. Bu, Azərbaycan milli tarixinin yaşam fəlsəfəsidir: tarixi yaradanlardan biri olan Azərbaycan xalqı dünyanı özünün etnik-mədəni enerjisi ilə zənginləşdirməyə bəlkə də hamıdan artıq haqqı olan xalqdır. Dünya tarixi və mədəniyyətinə zəngin töhfələr vermiş xalqımız möhtəşəm milli dövlətçilik ənənələri yaratmışdır. Bu ənənələr qan yaddaşı kimi hər bir azərbaycanlının milli şüur və yaddaşının silinməz genlərini təşkil edir. Xalqın yetişdirdiyi liderin gücü - savadı, biliyi, müdrikliyi, ağlı, təcrübəsi, həyat fəlsəfəsi, millətə və milli kimliyinə olan sevgisi öz ifadəsini onda tapır ki, milli sistemi təşkil edən hər bir elementin gücünü Milli Vəhdət modelində qovuşdurub, vahid gücə çevirə bilsin. Bu cəhətdən körpəlikdən dünya siyasətinin nəhənglərindən biri olan Heydər Əliyevin yanında dövlətçilik, idarəçilik məktəbi keçmiş İlham Əliyevin Azərbaycan qarşısında müstəsna tarixi xidməti o oldu ki, xalqımızı düşmən üzərində qələbə çalmağa bütöv millət halında apara bildi.

Tarix çox qələbələrə şahidlik edib. Ancaq onların az bir qismində xalq qələbəni məhz milli vəhdət sayəsində qazanıb. Xalqımız və onun lideri bütün dünyaya sübut edə bildi ki, Azərbaycan milli birlik yaratmağa, milli vəhdətə nail olmağa, bir “dəmir yumruq” kimi birləşməyə qadir xalqdır.

Təbii ki, qələbəni şərtləndirən amillər çoxdur və onların hər birinin tarixi zəfərin əldə edilməsində öz yeri və funksiyası var. Ancaq etiraf edək ki, xalqımızın torpaq və qələbə uğrunda hər gün şəhid verdiyi bu müharibədə insanları Ali Baş Komandanın televiziya ilə xalqa müraciətləri qədər heç nə sevindirə bilmədi. İlham Əliyevin qətiyyətli, məntiqli müsahibələri xalqın müharibədəki total milli təmkini və haqqa inamını təmin etdi. Sosial şəbəkələrdə xalqın milli sərkərdənin çıxışlarına verdiyi reaksiyalar bunun inkarolunmaz və canlı sübutudur. Ancaq vurğulamaq istərdik ki, bu müharibədə həm əsgərlərimizi, həm də xalqımızı coşduran, ruhunu cuşa gətirən, yaralarına məlhəm olan, ağrı emosiyasını sevinclə ovudan İlham Əliyevin “İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovuruq” frazası oldu. Ordumuzun durmadan sürətlə irəliləməsi qarşısında bir vətəndaş, bir azərbaycanlı kimi sevinc hissələrini boğa bilməyən Lider coşqun sevinc emosiyaları içərisində öz xalqına belə müraciət etdi:

“Dərsini verdik!

Qovmuşuq onları torpaqlarımızdan!

İti qovan kimi qovmuşuq!”

Bu sözlər İlham Əliyevin dilindən çıxan kimi sosial şəbəkələr coşub-daşmağa başladı. Anındaca xalqın dilinə düşən frazalar ruhları coşdurdu. Xüsusilə yaradıcı təxəyyülə malik olan insanlar bu ifadələri Azərbaycan folklor mədəniyyətinin zəngin ifadələri ilə daha da təkmilləşdirdilər. Maraqlıdır ki, həmin ifadələr tez bir zamanda Azərbaycan sərhədlərini aşıb, ölkəmizi sevənlərin də, sevməyənlərin də dilinə düşdü. Tez bir zamanda sosial şəbəkələrin erməni seqmentinə də nüfuz edən Ali Baş Komandanın bu ifadəsi düşmənin ictimai psixologiyasında rezonans yaratdı. Tarix boyunca türkün çörəyini yeyib, süfrəsinin artıq-urtuğu ilə dolanan, mədəniyyəti ilə özlərinə oğurluq mədəniyyət yaradan ermənilər Azərbaycan xalqının etnopsixologiyasına çox yaxşı bələd olduqları üçün "it kimi qovulmağın" nə olduğunu dərhal anladılar. Onlar başa düşdülər ki, “bu xına daha o xınadan deyil”. Azərbaycan xalqı onun çörəyinə, suyuna, torpağına, namusuna xəyanət edən erməni faşistlərini öz həyatından rədd etməkdədir.

Xilaskarlıq missiyasının ifadə forması

Azərbaycan lideri bu frazaları deyərkən keçirdiyi coşqun hisslərin çöhrəsindəki ifadəsi hamının yadındadır. Bu bir ruh halı idi. Azərbaycan Prezidenti Ali Baş Komandan olmaqdan daha çox bir vətəndaş, bir insan, bir el oğlu kimi sevinirdi. Və həmin an onun dilindən səslənən ifadələr, əslində, Azərbaycan kimliyinin yaddaşından, tarixi ərənlikdən, ərdəmlikdən qopub gələn sevinc nidaları idi. Xalqın və liderin bir can, bir bədən olduğu həmin məqamda, əslində, danışan qurucu babaların ruhu idi...

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarının nəticəsində oktyabrın 4-də Prezident İlham Əliyev xalqa müraciət etdi. Müraciətdə Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad olunması ictimaiyyətə elan olundu, erməni tərəfinin davamlı hərbi təxribatları və hərbi cinayətləri, həmçinin münaqişənin diplomatik həllini Ermənistanın siyasi rəhbərliyinin danışıqlar predmetinə zidd elementlərlə əngəlləməsi xüsusilə vurğulandı. Müraciət zamanı Azərbaycan Respublikasının Prezidenti bəyan etdi:

“İndi biz göstərdik kim kimdir!

Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!"

Ali Baş Komandanın sonuncu frazasında vurğulanan “xilaskarlıq missiyası” onun müharibənin nitq ritorikasına çevirdiyi “İti qovan kimi qovuruq onları!” frazeminin bütün mahiyyətini ifadə edir. Azərbaycan xalqının etnopsixoloji dünyasına dərindən bələd olan erməni siyasətçiləri onların torpaqlarımızdan bu formada qovulacaqlarının artıq Azərbaycan liderinin "xilaskarlıq missiyasına" çevrildiyini bütün aydınlığı ilə dərk edib, öz murdar, yaltaq və hiyləgər xislətlərini elə müharibənin gedişindəcə saxta "sülh", "barış", "qardaşlıq" moduluna kökləməyə başladılar.

Folklor ifadələri etnopsixoloji davranış modeli kimi

Müzəffər Komandanın müharibə ritorikası oğuz-türk ənənələrinə əsaslanır

İlham Əliyevin “… qovmaq” formulunun erməni işğalçılarını Azərbaycan torpaqlarından çıxarmağın total davranış modelinə çevirməsinin xalq və ordu tərəfindən böyük coşqu ilə qarşılanması, millətin ruhunda görünməz dərəcədə yüksək sevinc və coşqu emosiyası yaratması təsadüfi deyildi. Azərbaycan Prezidenti bu frazası ilə, əslində, xalqın milli ruhunu coşdurmuşdu. Necə deyərlər, xalqın "sümüyünə düşmüşdü". İlham Əliyev xalqla onun ruhunu coşduran dillə danışmaqla bütöv bir etnosu bir fraza ətrafında həm birləşdirmiş, həm də hərəkətə gətirmişdi. Bütün günü televiziya ekranlarında yeni qələbənin müjdələrini gözləyən insanlar Prezidentin də çıxış edəcəyi xəbərini alanda onun dilindən yenə bu cür frazaları eşitmək istəyirdilər.

Və bu gün istər-istəməz bu ifadənin sehrinın nədə olması düşüncələri məşğul edir. Necə oldu ki, həmin frazalar və o cümlədən onların zirvəsi olan “Nooldu, Paşinyan?” ritorik sualı insanların ruhunu bu qədər coşdurdu, xalq yaradıcılığını, folklor təxəyyülünü hərəkətə gətirdi?

Bizcə, bütün bunların əsasında Liderin həm fiziki, həm də mənəvi mənada öz xalqının oğlu olması durur. Azərbaycan etnik-mental ənənələrinə əsaslı şəkildə bələd olan və həmin ənənələrə dərin hörmət bəsləyən bir ailədə böyümüş İlham Əliyev milli ənənələrimizə, o cümlədən nitq ənənələrinə bələd olmasaydı, o, öz emosiyasını "müasir" frazalarla ifadə edərdi. Ancaq bir insan və Prezident kimi öz sevincinin zirvə məqamını yaşayan İlham Əliyev həmin emosiyanı məhz ənənəvi azərbaycanlı kimi ifadə etdi. Bununla da Azərbaycan xalqının etnik-mədəni yaddaşında yaşayan etnopsixoloji davranış formulunu funksionallaşdırmış oldu. Ona görə ki, belə ifadə azərbaycanlılar üçün sadəcə nitq etiketi olmayıb, total davranış modelidir. Tarixi-mədəni yaddaşımız bu nümunələrlə zəngindir.

Ulu Öndər Heydər Əliyevin “Milli varlığımızın mötəbər qaynağı” adlandırdığı “Kitabi-Dədə Qorqud" eposunda Oğuz babalarımız onların torpağına xaincəsinə təcavüz edən düşmənləri öz torpaqlarından məhz "iti qovan kimi" qovurlar. Dastanın "Salur Qazanın evinin yağmalanması" adlanan ikinci boyunda Oğuz elinin sərkərdəsi Salur Qazan öz bəyləri ilə ova gedir. Casus onun bir müddət ovda olacağını oğuzların qatı düşməni Şöklü Məliyə xəbər verir. Onlar namərdcəsinə Qazanın yurduna basqın edib, evini, ailəsini, var-dövlətini talayıb aparırlar. Dastanın özündə deyildiyi kimi, “sası (murdar) dinli kafirlər” Salur Qazandan hayıf almaq üçün onun Dəmir qapı Dərbənddəki on min qoyununu da ələ keçirmək istəyirlər. Altı yüz kafir atlanıb Dərbəndə gəlir. Onları Salur Qazanın qoyunlarını qoruyan Qaraca Çoban qarşılayır. Kafirlər Qaraca Çobanı ələ almaq üçün ona təslim olmağı və bunun müqabilində Şöklü Məliyin ona bəylik verəcəyini təklif edirlər. Kafirləri məhz "it" modelində alçaldan çoban onlara belə cavab verir:

Boş-boş danışma, itim kafir!

İtimlə bir yalaqdan yal içən kafir!...

Göründüyü kimi, Qaraca Çoban babamız kafir düşməni öz iti hesab edərək onları "iti qovan kimi" Dərbənddən qovur. Çobanın bu davranışı babalarımızın tarixin ən dərin qatlarından gələn etnopsixoloji yaddaşı, etnik-mental davranış formulu olduğunu təsdiq edir. Bu, Azərbaycan xalqının hər bir fərdinin düşüncəsindən heç vaxt silinməyəcək Dədə Qorqud yaddaşıdır. Akademik Yaşar Qarayevin yazdığı kimi, "min üç yüz ildir ki, Qorqud xalqın qan və gen yaddaşı kimi yaşayır və özündən əvvəlki min üç yüz ilin də bədii və genetik arxetipini hər sətrində, hər sözündə yaşadır. Üstəlik, növbəti min üç yüz il üçün də ən sabit, etibarlı, mənəvi-əxlaqi kodlar və genlər yenə bu "ana kitabın" bətnində və ruhunda qorunub saxlanır".

Buradan aydın olur ki, İlham Əliyevin düşməni vətənimizdən qovulmasını ifadə edən frazası onun nitqinə tarixin dərinliklərindən, qan və gen yaddaşından süzülüb gəlmişdir. Bu məqamda müdrik davranışları ilə bütün dünyanın diqqətini cəlb edən Azərbaycan Prezidentinin öz xalqının milli adət-ənənələrinə və mədəniyyətinə, o cümlədən Ulu Öndər Heydər Əliyevin milli varlığımızın mötəbər qaynağı adlandırdığı “Kitabi-Dədə Qorqud” eposuna nə qədər dərindən bələd olması da aydınlaşır.

Ümummilli Lider “Kitabi-Dədə Qorqud” eposunun öyrənilməsinə, xüsusilə gənc nəsil tərəfindən mənəvi tərbiyə məktəbi kimi öyrənilərək əxz edilməsinə çox böyük əhəmiyyət vermişdir. O, nitqlərinin birində Azərbaycan xalqına və xüsusilə Azərbaycan gəncliyinə bu sözlərlə müraciət etmişdir: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir”.

Ulu Öndərin bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqının mədəniyyət tarixinə hansı mənbə əsasında bələd olmasının canlı sübutudur.

Oğuz tarixində kafir düşmənin qapı iti hesab edilməsi ənənəsi

Ümummilli Lider Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunu “ümummilli sərvət” və “ana kitabımız” adlandırmasının çox böyük və dərin fəlsəfəsi var. Ali təhsil ixtisası etibarilə tarixçi olan və Azərbaycan tarixinə dərindən bələd olan Heydər Əliyev çox gözəl bilirdi ki, bu dastanın hər sözü özündə bir sirli tarix gizlədir. Ona görə də onun daim öyrənilməsinə, hər bir sözünün alimlər tərəfindən mənasına varılmasına çox böyük əhəmiyyət vermişdir. Bu cəhətdən Salur Qazanın kafir düşmənə "it" yox, məhz "itim" deyə müraciət etməsinin babalarımızın yaşadığı tarix baxımından dərin mənası vardır.

“İtim” sözü bütöv halda “mənim itim”, yəni, daim mənim qapımda olan itim deməkdir. Buradan aydın olur ki, Salur Qazanın yurduna hücum edib, onu talayan düşmən həyasız, sırtıq, abırsız düşməndir. Bu düşmən ar-namus, abır-həya bilmir. Daim qovulsa da, utanmadan, qızarmadan, heç bir şərm-həya keçirmədən fürsət düşəndə Oğuz elinə qarşı öz düşmənliyini davam etdirir. Bu cəhətdən Qaraca Çobanın düşmənlərə dediyi "itim kafir" xitabı, əslində, Azərbaycan-Oğuz tarixinin nəhəng bir reallığını ifadə edir. Çobanın sözlərindən aydın olur ki, Qazanın evini talayan düşmənlər oğuzların tanıdıqları, bildikləri, yurdlarına, qapılarına, evlərinə buraxdıqları düşməndir. Bu cəhətdən çobanın "öz iti" hesab etdiyi kafirlər, bir növ qapı itləri, yəni daim oğuzların qapılarında, el-obasında sülənən və imkan olanda onlara ziyan vuran qonşulardır. Eynilə ermənilər kimi!

Göründüyü kimi, “tarix təkrarlanır” deyənlər haqlıdırlar. “Dünən” Salur Qazanın evini yağmalayan kafir düşmənlər bu günün kafir erməniləridir. Və bir acı həqiqət də aydın şəkildə özünü büruzə verir ki, xalqımızın humanizmi ona çox vaxt tarixdən dərs almağa imkan verməmişdir. Görün, Salur Qazanın evini yağmalayan kafir düşmənlərlə bu gün tarixi Azərbaycan torpaqlarını talayan kafir ermənilər bir-birinə nə qədər oxşayırlar! Biz də onların hiyləgər yazıq xislətinə aldanıb qapımıza, həyət-bacamıza buraxdıq. İnsan kimi yaşamalarına, inkişaf etmələrinə hər cür şərait yaratdıq. Nəticədə isə hamıya məlum olan hadisələr baş verdi. Necə deyərlər, tarix yenidən təkrarlandı.

Lakin Azərbaycan xalqının öz xarakteri var. Bu xalq namərdi, xaini, yağını məhz özünəməxsus şəkildə öz dünyasından qovur.

Ata vəsiyyəti və Oğuz-Türk ənənəsi

Prezident İlham Əliyevin xalqın milli-mənəvi dəyərlər tarixinə silinməz hərflərlə yazılan daha bir frazası onun erməni işğalçılarının Azərbaycan torpaqlarından qovulması, erməni faşizmi üzərində qələbə münasibətilə dediyi "Mən atamın vəsiyyətini yerinə yetirdim!" kəlamı oldu. Dövlət ərkanının zirvəsində duran Prezident bu sözləri ilə müasir Azərbaycanın qurucusu, Ulu Öndər qarşısında öz borcunu yerinə yetirdiyini bəyan etdi.

Tariximiz göstərir ki, İlham Əliyevin bu sözləri də milli dövlətçilik ənənəmizdən irəli gəlir. Türk hökmdarları öz siyasi fəaliyyətlərini hər zaman Tanrı, dövlət və xalq qarşısında borc işi, milli-siyasi missiya hesab etmişlər. Bunun ən bariz nümunəsinə ulu abidəmiz “Oğuznamə”də rast gəlirik:

Oğuz xaqan... dedi:

Ay oğullarım, mən çox yaşayıb,
Çox vuruşlar gördüm.
Çox cida atdım, ox atdım.
Ayğırımı çox çapdım.
Düşmənlərimi ağlatdım,
Dostlarımı güldürdüm.
Göy Tanrıya mən borcumu ödədim.
Verdim, sizin olsun bu yurdum!
 
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət, xalq və millət qarşısında öz borcunu ödəməsi ilə bağlı verdiyi “hesabat”la ulu əcdad Oğuz xaqanın Göy Tanrı qarşısında verdiyi "hesabat" bütün tarixi, mədəni, mənəvi, fəlsəfi mahiyyəti etibarilə eyni bir mənanı ifadə edir. Bu, millətə, xalqa, dövlətə xidmət amalıdır. Bu amal, əslində, hər bir azərbaycanlının amalıdır. Bütün tariximiz bu amalın güzgüsüdür. Böyük Tanrıya şükürlər olsun ki, Azərbaycan Prezidenti İlham Əliyevə bu amalı bütün ləyaqəti və möhtəşəmliyi ilə həyata keçirməyə imkan verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb