PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Sarayın rəsmi qarşılanma mərasimlərinin keçirildiyi həyətində fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Stefanopulosu böyük hörmət və səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Yunanıstan dövlətinin başçısına raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Yunanıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Konstantinos Stefanopulos fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Yunanıstan Prezidenti Konstantinos Stefanopulosa, Yunanıstan nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.