Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Nərgiz Paşayeva: Britaniya Fondunun yaradılması artıq tarixi mədəni zərurətdir [YENİLƏNİB]

London, 26 may, AZƏRTAC

Mayın 25-də Londonda, Böyük Britaniyanın Lordlar Palatasında Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin Azərbaycan və Britaniya tərəfdən rəhbərləri professor Nərgiz Paşayeva və professor Robert Hoyland Lordlar Palatasının üzvü, Avropa Şurasının 2003-2006-cı illərdə Azərbaycan üzrə məruzəçisi Lord Malkolm Brus ilə görüş keçiriblər. Professor N.Paşayeva və professor R.Hoyland tərəfindən təşkil olunmuş bu görüşdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Maykl German da iştirak edib. Görüşün əsas məqsədi Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) yaradılması ilə bağlı idi.

Lord Brus britaniyalı siyasətçilər arasında yeganə parlament üzvüdür ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət edib və rəsmi inzibati-icraçı funksiyanı daşıyıb. O, 1983-2015-ci illərdə Şotlandiyanın Qordon qraflığını Britaniya parlamentində təmsil edib və 2005-2015-ci illərdə Britaniya parlamentinin Beynəlxalq İnkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə təmsil etdiyi Liberal Demokratlar Partiyasının rəhbərinin müavini seçilib, bir müddət bu vəzifədə çalışdıqdan sonra 2015-ci ildən Lordlar Palatasına üzv olub. Lord Brus parlamentin enerji və Şotlandiya məsələləri, təhsil, ticarət, sənaye və ətraf mühit məsələləri üzrə sözçüsu olub, 1986-1989-cu illərdə Şotlandiyanın Dandi Universitetinin (University of Dundee) rektoru vəzifəsində çalışıb. O, öz seçki dairəsindən ardıcıl olaraq beş dəfə seçicilərin ən çox səsini qazanan parlament üzvləri siyahısına daxil edilib və 2012-ci ildə Kraliça II Elizabet tərəfindən cəngavər titulu ilə təltif olunub.

Qonaqları salamlayan və Lord Brusla tanışlığından məmnunluq duyduğunu bildirən Nərgiz Paşayeva görüşün Azərbaycan Demokratik Respublikasının yaranmasının 98-ci ildönümü ərəfəsində keçirildiyini qeyd etdi və iki ildən sonra, yüzillik yubileyini (1918-2018) qeyd edəcək ADR-in azərbaycanlılar üçün xüsusi bir önəm daşıdığını bildirdi. N.Paşayeva 1997-ci ildə təsis edilmiş İngiltərə-Azərbaycan Cəmiyyətinin 2007-ci ildən həmsədri olduğunu nəzərə çatdırdı və Cəmiyyətin müstəqil Azərbaycan tərəfindən İngiltərədə yaradılmış ən uzun tarixli (1997-2016) ictimai təşkilat olduğunu qeyd etdi. Daha sonra 2013-cü ildə yaradılan və Britaniyanın məşhur Oksford Universitetinin bir hissəsi kimi fəaliyyət göstərən, yüksək akademik statusa malik olan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) məqsəd və vəzifələrindən söhbət açıldı. N.Paşayeva dedi: “Mühüm olanı odur ki, bu mərkəz nümayəndəçilik, təmsilçilik, zahiri effektə bağlı nümayişkaranə və az funksional, ani keçici kampaniya xarakteri daşımır. Məqsəd Azərbaycanın qədim və böyük mədəni intellektual tarixinin məhz Azərbaycana aid olmasını elmi yolla sübut etmək, yüksək elmi müstəvidə mübahisə aparmaq, eşidilmək hüququnu qazanmaq və əldə edilən dəyərli məlumatları Oksford Universitetinin təqdimatında və daxilindən dünyaya yaymaqdır. Əlbəttə, bu, çox ciddi əmək, peşəkar davamlı səy, məsuliyyət və dəstək tələb edən unikal bir imkandır. Bugünkü nəticələrimiz, başlanğıc, ilk addımlarımız bunları bacara biləcəyimizə ümid yaradır. Bu ümidi real, işimizi faydalı və əhəmiyyətli, nəticələri doğru və pozitiv edən əlbəttə ki, universitetin bizimlə birgə çalışan professor-müəllim heyətidir. Mərkəzin İngiltərə tərəfdən rəhbəri, Oksford Universitetinin İslam tarixi üzrə aparıcı professoru Robert Hoyland, universitetin iranşünaslıq üzrə aparıcı professoru Edmund Herziq, şərqşünaslıq fakültəsinin doktorları Pol Vordsvors, Nikoloz Aleksizdze, Oksford Universitetinin Xəlili Tədqiqat Mərkəzinin tədqiqatçısı, doktor Marek Jankoviak, universitetin tarix fakültəsinin doktoru Nik Evans, Oksford Universitetinin Rothermere Amerika İnstitutunun tədqiqatçısı, doktor İrina Şingiray, universitetin şərqşünaslıq fakültəsinin doktorantı Maroussia Bednarkieviç kimi tanınmış alimlərin Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyətindəki səyləri və əməyi əvəzedilməzdir. Nizami Mərkəzinin təqaüdü hesabına hazırda doktorant Ceyms Vayt al-Taalibinin (XI əsr) və Afisin (XIII əsr) işlərinin müqayisəsi ilə bağlı doktorluq işi üzərində çalışır, amerikalı magistr Eliza Mau-Pyu İslam tarixi üzrə elmi araşdırmalar aparır. Ümumilikdə 4 tələbə artıq Nizami Gəncəvi Elmi Mərkəzinin təqaüdü ilə təhsil alır və iki tələbə də gələn il əlavə qəbul ediləcək. Təbii ki, bu tələbələr universitetin ciddi sınaq imtahanlarından uğurla çıxmış olanlardır”.

Qeyd edildi ki, Azərbaycanın ikinci müstəqillik dövründən sonra Britaniya ilə mədəni, siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsində bir çox işlər görülsə də, Azərbaycan Britaniya cəmiyyətində və vətəndaşları arasında hələ də yetərincə yaxşı tanınmayıb. Buna sübut olaraq, son aylarda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaranmış gərginliyin İngiltərə mətbuatında məhz “haqqında az məlumat olan” (underreported) və qəliz bölgə kimi qələmə verilməsi, dünya mətbuatında isə münaqişənin daha çox xristian-müsəlman münaqişəsi kimi göstərilməsidir.

Nərgiz Paşayeva dedi: “Bir alim kimi deyə bilərəm, bunun əsas səbəblərindən biri odur ki, Britaniya kimi qədim tarixi ənənəsi olan ölkədə və eləcə də qlobal elmi səviyyədə mühüm rol oynayan mötəbər elm ocağı kimi tanınan Oksford Universitetində 2013-cü ilə qədər (Nizami Gəncəvi Elmi Mərkəzinin yaranma tarixi) Qafqazın qədim tarixi və mədəniyyəti çox hallarda birtərəfli, əsasən erməni tarixi və bir qədər də gürcü tarixi kontekstində öyrənilib. Belə ki, hələ 1965-ci ildə Oksford Universitetinin şərqşünaslıq fakültəsində erməni elmi mərkəzi yaradılıb və bu günə kimi fəaliyyət göstərir. Təəssüflər olsun ki, bunun müqabilində bizim yaratdığımız mərkəz 51 il gec öz fəaliyyətinə başlayır - yəni, bu dövr ərzində heç bir iş görülməyıb. Halbuki tarixi həqiqətləri elmi əsaslar və sübutlar üzərində qurub təqdim edən Britaniya cəmiyyətində ilk öncə məhz fundamental elmi ocaqlarla müştərək peşəkar elmi əlaqələr birinci dərəcəli əhəmiyyətə malikdir. Biz bunları yaxşı dərk edir, anlayırıq və səylərimizi universitetlərin, alimlərin, peşəkarların, mütəxəssislərin işinə, əməkdaşlığına, birliyinə və qarşılıqlı etimadına yönəldirik, bu əlaqələrə dəstək olmağa çalışırıq. Çünki müasir zamanda universitet universitetlə, alim alimlə, mütəxəssis mütəxəssislə, peşəkar tədqiqatçı peşəkar tədqiqatçı ilə bərabər işləməlidir. Bu gün dəbdə olan multikulturalizm şüarı termin kimi yeni olsa da, ideya kimi qədim dövrlərdən mövcud idi. Nizaminin tək bir “Yeddi Gözəl”i buna gözəl misaldır. Amma bu şüarı basmaqəlib halına çevirib, formal, dəbdə olan “mahnıya” döndərib, əsl əməyə, uzunmüddətli, 10 illərlə davam edən, gündəlik zəhmətə köklənmiş işlərin və uğurların əvəzi kimi təqdim etmək heç də doğru olmaz. Halbuki belə sırf dekorativ tendensiyalar da bəzən müşahidə olunur. İki ildən sonra Azərbaycan Şərqdə ilk olaraq yaratdığı demokratik respublikanın 100 illiyini qeyd edəcək. Hələ o dövrdə yaranan respublikanın ali hakimiyyətinin tərkibində azərbaycanlılarla yanaşı, ruslar, ermənilər, polyaklar, yəhudilər və digər millətlər də vardı. Bu isə Azərbaycanın dünən də, bu gün də tarixi tolerantlığının göstəricisidir. Maraqlı bir faktdır ki, hələ 1910-cu ildə İngiltərədə ermənilərin yaratdığı Birləşmiş Krallığın Erməni İcma Şurası (Armenian Community Council of United Kingdom) özünün 100 illik fəaliyyətini indi də davam etdirir. Bu, bizim üçün müəyyən göstəricidir. Bu gün bizim vəzifəmiz Azərbaycanı bu ölkənin, İngiltərənin və onun cəmiyyətinin qaydalarına uyğun olaraq layiqi səviyyədə təqdim və təmsil etməkdir”.

Daha sonra 25 may tarixli bu görüşün əsas məqsədi müzakirə olundu. N.Paşayeva tərəfindən Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) yaradılması təklif edildi. Nəzərə çatdırıldı ki, bu ideya artıq bir neçə aydır İngiltərənin Azərbaycan və Qafqaz regionu üzrə aparıcı alimləri - Oksford Universitetinin İslam tarixi üzrə, habelə Nyu-York Universitetinin Qədim Dünya İnstitutunun aparıcı professoru, hazırda Qafqaz regionunu öyrənən və qədim Bərdənin arxeoloji ekspedisiyasına rəhbərlik edən professor Robert Hoyland, Şotlandiyanın məşhur Sent Enryuz Universitetinin İslam, Orta Asiya və Qafqaz bölgəsi üzrə professoru Endryu Pikok və Ekseter Universitetinin İslam tarixi və şiəlik təriqətinin yayıldığı əraziləri öyrənən professor Robert Qliv ilə məsləhətləşmələr əsasında yaranıb və çox müsbət qəbul edilib.

Adıçəkilən alimlər yaradılan Britaniya Fondunun Qəyyumlar Şurasının üzvləridir, Şuranın sədri isə professor N.Paşayeva seçilib.

Şuranın sədrinin sözlərinə görə, bu Fond Azərbaycan və Birləşmiş Krallıq arasında mövcud olan ikitərəfli elm, mədəni, maarif, təhsil münasibətlərinə real töhfə verən ciddi bir qurum kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Professor N.Paşayeva dedi: “Britaniya Fondunun yaradılması artıq tarixi mədəni zərurətdir. Bu zərurəti həyata keçirmək olduqca vacibdir”. Britaniyada fəaliyyət göstərən digər nüfuzlu və şəffaf fondlar kimi, bu qurum da bu yaxınlarda Birləşmiş Krallığın ictimai təşkilatlar üzrə komissiyasında qeydiyyatdan keçiriləcək. Beləliklə, bundan sonra Fond Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin və İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətinə dəstək verməklə yalnız Oksford Universiteti və Londonda deyil, İngiltərənin başqa ali təhsil ocaqları və mötəbər elmi və siyasi qurumları ilə əməkdaşlıq etməyi planlaşdırır. Fond, həmçinin Britaniyada təhsil alan azərbaycanlı tələbələr ilə əməkdaşlıq edib onlara dəstək olmağa çalışacaq. Fondun məqsədlərindən biri də Azərbaycan və Qafqaz üzrə Britaniyanın alim və aparıcı mütəxəssislərini bir araya gətirib Azərbaycanı layiqli səviyyədə təmsil etməklə yanaşı, Britaniyada yaşayan Azərbaycan icmasına dəstək olmaqdır. Bu Fondun yaradılması gündəliyə Böyük Azərbaycan mövzusunu gətirərək, sevimli vətənimizin tarixinin əzəmətli, qədim, şərəfli lakin geniş auditoriyaya açılmamış səhifələrini açmaq missiyasını qarşısına qoyub. Dünyada yaşayan 40 milyona yaxın azərbaycanlının əcdadlarının bəşəriyyətə bəxş etdiyi böyük mədəni töhfələri və əbədi dəyərləri göstərmək, tarixi hörmətlə anmaq, böyük simaların - Nizami, Füzuli, Nəsimi, N.Tusi, Kəmaləddin Behzad, Ş.İ.Xətai, və bir çox başqalarının Azərbaycan övladları olduqlarını tək özümüzə deyil, dünyaya əyan etmək bizim vəzifəmiz və borcumuzdur. Habelə Fond Azərbaycanla bağlı Britaniya mətbuatındakı boşluğu doldurmaq üçün bu ölkənin aparıcı KİV-ləri, xüsusilə aparıcı telekanalları ilə əməkdaşlıq etməyi planlaşdırır.

Görüş zamanı professor N.Paşayeva Britaniyada özünün zəngin siyasi təcrübəsi, nüfuzu və hörməti ilə tanınan Lord Brusu Fondun işinə məsləhət vermək üçün Qəyyumlar Şurasına üzv olmağı dəvət etdi. Lord Brus dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirdi. Yani yaradılan Fondun yaxın gələcəkdə Londonda təqdimat mərasiminin keçirilməsi qərara alındı.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib