SİYASƏT
Putin: Ermənistanla KTMT arasında mövcud vəziyyətə ölkədəki daxili siyasi proseslər təsir edir
Moskva, 28 noyabr, AZƏRTAC
Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasındakı mövcud vəziyyət Ermənistanın özündə daxili siyasi proseslərlə diktə olunur və Qarabağda böhranın nəticələrinə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Hər bir ölkənin öz təhlükəsizliyinin təmin edilməsi sahəsində nə və necə etmək istədiyini seçmək hüququ var. Bu, çox həssas məsələdir”, - deyə o əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva