QADIN HÜQUQLARI MÜDAFİƏ CƏMİYYƏTİ BALAKƏNDƏ SEMİNAR KEÇİRİB
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Soros Fondunun maliyyə dəstəyi ilə keçirilən bu tədbirdə Balakən, Zaqatala və Qax rayonlarından olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə bələdiyyələr və onların iş prinsipləri, bu qurumların fəaliyyətində Türkiyə təcrübəsi, qadınların bələdiyyə seçkilərində iştirakı, seçkilərə hazırlıq və digər mövzularda geniş fikir mübadiləsi aparılmış, oktyabrın 5-də Litva Respublikasının Vilnüs şəhərinə təcrübə mübadiləsinə göndəriləcək gənc seçicilərin tərkibi müəyyənləşdirilmişdir.