Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb
Bakı, 23 avqust, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan millimiz qrupda növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək.
Tbilisidə “Yeni Voleybol Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmanın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.
Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.
Qeyd edək ki, “Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]