“Qafqaz Qartalı - 2019” təlimində xüsusi təyinatlılar “düşmən” müdafiəsinin dərinliyinə sızıblar
Bakı, 30 sentyabr, AZƏRTAC
“Qafqaz Qartalı - 2019” təliminin planına əsasən, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi təyinatlılar vacib strateji və hərbi obyektlərə basqının edilməsi üçün əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetirib və şərti düşmənin müdafiəsinin dərinliyindən çıxmaq üzrə fəaliyyətləri icra ediblər.