Qahirə dəmir yolu vağzalında baş verən yanğının ilkin səbəbi açıqlanıb
Bakı, 27 fevral, AZƏRTAC
Qahirənin mərkəzi dəmiryol vağzalında teplovozun platformaya çırpılması nəticəsində baş verən yanğın lokallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, Al Hadath telekanalının yaydığı məlumata görə, hazırda yanğınsöndürənlər platformaya və yaxınlıqdakı tikililərə köpük səpirlər. Rəsmi mənbələr 10 nəfərin həlak olduğunu təsdiqləyib. Al Shorouk nəşri isə 24 nəfərin öldüyünü və 50-yə yaxın insanın isə xəsarət aldığını yazır.
Misirin Nəqliyyat Nazirliyindən bildiriblər ki, depodan çıxan teplovoz yüksək sürətlə örtülü platformaya çırpılıb. İlkin məlumata görə, onun əyləc sistemi işləməyib. Toqquşma nəticəsində partlayış və ardından güclü yanğın baş verib. Alov Ramzes vağzal kompleksinin tikililərindən birinə və qonşu platformada dayanmış sərnişin qatarına yayılıb, daha sonra vağzalın içərisinə keçib.
Misirin Baş naziri Mustafa Madbuli hadisə yerinə gəlib. İnsidentlə bağlı təhqiqat başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]