RƏSMİ XRONİKA
QAHİRƏ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərə gəlmişdir.
Misirin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş Qahirə hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını təyyarənin pilləkəni yanında Misirin neft naziri Samih Fəhmi və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olundu.
Prezident İlham Əliyev hava limanından maşın karvanının müşayiəti ilə Misir Prezidenti Hüsni Mübarəkin sarayına yola düşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.05.2024 [18:14]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 28.05.2024 [14:27]
Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO
- 28.05.2024 [14:07]