Qahirədə yaşayış binasının çökməsi nəticəsində azı 8 nəfər ölüb
Qahirə, 27 mart, AZƏRTAC
Qahirənin yoxsullar yaşayan Qəsr əl-Süveyş məhəlləsində 10 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 8 nəfərin öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, yaralanmış 24 bina sakini isə xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Binanın çökməsi səbəbini araşdırmaq üçün əraziyə ekspertlər cəlb olunub, habelə prokurorluq tərəfindən təhqiqatlara başlanılıb. Qahirə metrosunun Ömər əl-Xəttab stansiyası yaxınlığında yerləşən binanın qəzalı vəziyyətdə olduğu bildirilir. Lakin sakinlərin köçürülməsi üçün heç bir məsələ qaldırılmayıb.
Misir paytaxtında bir çox yaşayış binaları iznsiz və tikinti standartlarına əməl edilmədən tikilir. Bunun qarşısını almaq məqsədilə hökumət xüsusi qərar qəbul edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]