Qahirədə yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb
Bakı, 28 mart, AZƏRTAC
Şənbə günü Misirin paytaxtı Qahirədə onmərtəbəli yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Akhbar El-Yom portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb. Daha 24 nəfərin zərər çəkdiyi bildirilir.
Sky News Arabia telekanalının məlumatına görə, binanın birinci üç mərtəbəsində tikiş fabriki və parça anbarı yerləşirdi. Binada 100-dən çox insan yaşayırdı. Sakinlərin bir çoxu fabrikin işçiləri idi. Şahidlər bildirirlər ki, qəzadan iki gün öncə binada çatlar əmələ gəlmişdi - bir neçə sakin binanı tərk etsə də, sakinlərin əksəriyyəti qalmışdı.
Şəhərin qubernatoru hadisə yerinə gələrək ətrafdakı binaların vəziyyətini yoxlamaq üçün komissiya yaratmaq barədə tapşırıq verib. Misirin baş prokuroru isə öz növbəsində, insidentin səbəbinin təcili təhqiq edilməsini tapşırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]