“Qalatasaray” Türkiyə kubokunun dörddəbir finalına vəsiqə qazanıb
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 12-də futbol üzrə Türkiyə Kubokunda səkkizdəbir final mərhələsinin daha 3 oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qalatasaray” səfərdə “Yeni Malatyaspor”un qonağı olub. Görüşün əsas hissəsində qapılara qol vurulmayıb. Əlavə dəqiqələrdə isə komandalar hər biri bir dəfə fərqlənməyi bacarıblar. Oyunun qalibi on bir metrlik cərimə zərbələrində müəyyənləşib. İstanbul klubu dörddəbir finala vəsiqəni təmin edib.
Günün digər matçlarında isə “Sivasspor” öz meydanında “Adana Dəmirspor”u 2:1 hesabı ilə üstələyib. “Antalyaspor” isə səfərdə “Bursaspor”un qapısından üç cavabsız qol keçirib.
Türkiyə kubokunun növbəti oyunları yanvarın 13 və 14-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]