QANUNLARA DƏYİŞİKLİK OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclası komissiyanın sədri Zahid Qaralov açaraq müzakirəyə çıxarılan məsələlərin mahiyyəti barədə məlumat verdi. O dedi ki, gündəlikdəki məsələlər Milli Məclisin komissiyalarında, o cümlədən hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında müzakirə edilmişdir.
İclasda qeyd olundu ki, son vaxtlar bir sıra qanunlarda dəyişikliklər edilmişdir. Bu isə bələdiyyələrlə bağlı qanunlarda düzəliş aparmağı zəruri edir. İclasda o da bildirildi ki, müzakirəyə çıxarılan məsələlər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından daxil olmuşdur.
Komissiyanın sədri vurğuladı ki, 1992-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuların statusu haqqında” Qanuna xeyli dəyişiklik etmək nəzərdə tutulur. Həmin Qanunda nəzərdə tutulurdu ki, ordudan tərxis olunmuş bütün kateqoriyalardan olan vətəndaşlara mənzil verilməlidir. Təklif olunur ki, qanuna “mənzil və ya torpaq sahəsi verilməlidir” sözləri əlavə olunsun. Düzəlişin mahiyyəti bundan ibarətdir. Həmin Qanun vaxtilə qəbul olunarkən torpaqlar özəlləşdirilməmişdi. Komissiyanın üzvləri - deputatlar və eləcə də iclasda iştirak edən bələdiyyə rəhbərləri Qanuna edilən dəyişiklikləri dəstəklədilər. Hər iki qanun layihəsi yekdilliklə qəbul olundu və Milli Məclisin iclasına çıxarılması qərara alındı.
İclasda cari məsələlər barədə də fikir mübadiləsi aparıldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]